"Xocalıya ədalət" kampaniyasının onun internet saytının dünyanın 20-dək şəhərində təqdimatı keçiriləcəkdir

 

Bakıda "Xocalıya ədalət" beynəlxalq kampaniyasının onun "www.yusticeforkhoyaly.arg" internet saytının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İsgəndərov Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında ətraflı məlumat vermiş, bu kampaniyanın 2009-2012-ci illəri əhatə etdiyini bildirmişdir.

Baş katib demişdir ki, bu il dekabrın 10-da kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı toplanmış imzalar, şəkillər, siyasi-hüquqi baxımdan tanınması ilə bağlı müraciətlər BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaqdır.

E.İsgəndərov onu da bildirmişdir ki, internet saytında Xocalı faciəsi ilə bağlı qətnaməyə 112 təşkilat 850 şəxs imza atmışdır. Sayt istifadəçilərinin kampaniyaya qoşulmaq imkanı olan şəxslər kampaniyanın iştirakçısına çevrilə, ona maliyyə dəstəyi göstərə bilərlər.

2008-ci ildə Bakıda keçirilmiş İslam ölkələrinin ali təhsil elm nazirlərinin IV konfransında İKGF Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni təşəbbüslə çıxış etmişdir. Konfransda Xocalı soyqırımı haqqında məlumatların İslam Konfransı Təşkilatına üzv olan ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması haqqında təklif irəli sürülmüş bu təklifin reallığa çevrilməsi istiqamətində ciddi işlər aparılır.

E.İsgəndərov vurğulamışdır ki, "www.yusticeforkhoyaly.arg" internet saytı "Xocalıya ədalət" kampaniyasının virtual aləmdə yayılması bu qəbildən olan silsilə tədbirlərin sistemləşdirilməsi məqsədi ilə yaradılmışdır. Onun rəsmi açılışı fevralın 26-da həyata keçiriləcəkdir. Kampaniya 17 il bundan öncə Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması işində fəaliyyət göstərəcəkdir. Kampaniyanın və onun internet saytının dünyanın müxtəlif şəhərlərində - Vaşinqton, İstanbul, Moskva, Berlin, Buxarest, Ər-Riyad, İsgəndəriyyə, Kuala-Lumpur, Nyu-York, Kiyev, Vyana, Brüssel, Riqa, Varşava, London, Haaqa, Ottava və Los-Ancelesdə təqdimatı keçiriləcəkdir. Bu tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmə işlərindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır.

Bildirilmişdir ki, ingilis dilində fəaliyyət göstərən "Xocalıya ədalət" kampaniyasına həsr edilmiş saytın yaxın vaxtlarda fransız, ərəb və rus dillərində də hazırlanması nəzərdə tutulur.

Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 fevral.-S.6.