Erməni vandalizminin bariz
nümunəsi
XX əsr
tariximizin qanlı faciələrindən olan
Xocalı soyqırımı
insanların yaddaşında
silinməz izlər qoymuşdur. Xatın, Xirosima, Naqasaki kimi insan fəlakətləri
törədilmiş ünvanlar
sırasına 26 fevral
1992-ci ildə Dağlıq
Qarabağda erməni quldur birləşmələri
tərəfindən həyata
keçirilmiş Xocalı
soyqırımı da əlavə olunmuşdur.
Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmş
sovet ordusuna məxsus 366-cı alayın
əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək
əhalisi olan Xocalı şəhərini
yerlə-yeksan etmişlər.
Ermənilər dinc əhalini, xüsusilə uşaqları, qadınları,
qocaları ağılasığmaz
vəhşiliklə öldürmüşlər.
Qədim tarixi abidələri, ictimai binaları, xəstəxana
və poliklinikaları,
məktəbləri, fərdi
mülkləri, dövlət
idarələrini yandırıb
dağıtmışlar.
Erməni birləşmələrinin
vəhşiliyi nəticəsində
həmin günlərdə
613 nəfər öldürülüb,
1275 nəfər dinc sakin girov götürülüb.
Onlardan 150 nəfərin
taleyi hələ də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən
artıq Xocalı sakini müxtəlif dərəcəli güllə
yarası alaraq şikəst olub. Onların 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qətlə
yetirilənlərin 106 nəfəri
qadın, 83 nəfəri
azyaşlı uşaq,
70 nəfəri isə
ömrünün qürub
çağını yaşayan
qocalar olub. Şəhidlərin 56 nəfəri
diri-diri yandırılmış,
başlarının dərisi
soyulmuş, bədən
əzaları və başları kəsilmiş,
gözləri çıxarılmış,
hamilə qadınların
bədəni süngü
ilə deşik-deşik
edilmişdir. Erməni
vandalizminin iç üzünü açan bu təcavüz nəticəsində altı
ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini
itirmişdir. Bu cinayətləri
törətmiş erməni
quldurlarından 30 nəfərdən
çoxunun adı Azərbaycanın istintaq orqanlarına məlumdur. Həmin cinayətkarların
çoxu işğal
edilmiş Dağlıq
Qarabag bölgəsində
Ermənistan Respublikasının
yaratdığı oyuncaq
qurumda, eləcə də Ermənistanın özündə müxtəlif
dövlət vəzifələrində
çalışır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev üzünü bütün
dünya dövlətlərinə,
dünya azərbaycanlılarına
və tərəqqipərvər
insanlara tutaraq demişdir: "1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri
Xocalı erməni hərbi birləşmələri
tərəfindən vəhşicəsinə
dağıdıldı, onun
müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş
işgəncələrlə öldürüldü, uşaqlar,
qadınlar, qocalar, bütöv ailələr
məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dunyanın gözu qarşısında baş
vermiş belə kütləvi qırgın
hadisəsi öz amansızlıgına və
qəddarlığına görə
təkcə Azərbaycan
xalqına qarşı
deyil, bütövlükdə
bəşəriyyətə və insanlığa qarşı törədilmiş
cinayət idi.
Xocalı qırğınını
törətməklə erməni
millətçiləri hiyləgər
siyasi və taktiki məqsədlər güdürdülər. Onlar
bununla xalqımızın
mübarizə əzmini
qırmaq, onu tarixi torpaqlarımızın
işğalı faktı
ilə barışmağa
məcbur etmək istəyirdilər. Lakin duşmənin niyyəti baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə yüksək
iradə və qəhrəmanlıq nümunəsi
göstərdi".
Xocalı soyqırımı
ermənilərin XX əsrin
90-cı illərinin əvvəllərində
Daglıq Qarabağın
Kərkicahan, Meşəli,
Quşçular, Qaradaglı
kəndlərində törətdikləri
kütləvi qırğınların,
Bakıda və digər şəhərlərimizdə
həyata keçirdikləri
terror aksiyalarının davamı
idi. Məqsəd isə 150 il bundan əvvəl qonşu İrandan Daglıq Qarabağ ərazisinə köçürülmüş
ermənilərin rus şovinistlərinin dəstəyi
ilə tarixi Azərbaycan torpaqlarında
"Böyük Ermənistan"
yaratmaq xəyallarını
reallığa çevirməkdir.
Qonşu superdövlətin
əlində alətə
çevrilən Ermənistanda
yaşayan insanların
çoxu artıq anlayır ki, bu, doğrudan da, xam xəyaldır,
bütün bu qırğınlar, onları
bu "oyun"a salan superdövlətin başqa məqsədlərə
çatması üçün
vasitədir.
Azərbaycan Prezidentinin
apardığı uğurlu
daxili və xarici siyasət nəticəsində ermənilərin
bu xülyası puç olmaqdadır. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, ordu quruculuğu möhkəmləndikcə bu
daha aydın hiss olunur. Bunun nəticəsində,
hər il olduğu kimi, yenə də bu günlər dünyanın bir çox ölkələrində
Xocalı şəhidləri
ehtiramla yad edilir, faciə qurbanlarının ruhlarına
dualar oxunur, Azərbaycanın haqq işi dəstəklənir,
ermənilərin işğalçılıq
siyasəti pislənilir.
Ölkə Prezidentinin
dediyi kimi, müstəqill, güclü
və demokratik Azərbaycan dövlətinin
mövcudluğu və
getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna
təsəlli ola bilər. Bu istiqamətdə
həyata keçirilən
tədbirlər, ümidlərimiz
və istəklərimiz
bizə tam əminlik verir ki, gec-tez
cinayətkar ermənilər
öz cəzalarına
çatacaqlar, dədə-baba
yurdlarımız işğaldan
azad olacaqdır.
Rəhman Salmanlı
Azərbaycan.-2009.-24 fevral.-S.6.