Daxili İşlər Nazirliyinin hospitalının yeni binası istifadəyə verilmişdir

 

Fevralın 24-də Bakının Nərimanov rayonunda, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika hospitalının yeni binası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

Hospitalın kollektivi Prezident İlham Əliyevi hərarətlə qarşıladı. Dövlətimizin başçısına gül dəstəsi təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev hospitalın açılışını bildirən lenti kəsdi.

Hospitalın bünövrəsi 2007-ci il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu. Altımərtəbəli üç korpusdan ibarət 320 çarpayılıq çoxprofilli hospitalın ümumi sahəsi 21 min kvadratmetrdir.

Hospitalın qəbul şöbəsində təcili yardım bölməsində xəstələrə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Kompüter tomoqrafiyası, nüvə-maqnit rezonansı, rəqəmsal rentgen ultrasəs müayinəsi otaqlarındakı avadanlıq da daxil olmaqla, bütün tibbi avadanlıq xaricdən gətirilmişdir.

Hospitalda müxtəlif profilli 5 cərrahiyyə otağı olan əməliyyat bloku, reanimasiya, intensiv terapiya, reabilitasiya fizioterapiya, kardiologiya, nevrologiya, travmatologiya, uronefrologiya, oftalmologiya, otolorinqologiya, stomatologiya, funksional diaqnostika, radiologiya, hidroterapiya, endokrinologiya şöbələri, dəqiq analizlərin aparılması üçün ən müasir avadanlıqla təchiz olunmuş kliniki diaqnostika laboratoriyası fəaliyyət göstərir.

Dövlətimizin başçısı hospitalın tikintisinə hazırkı vəziyyətinə dair filmə baxdı.

Foyedə ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin Azərbaycanda daxili işlər orqanlarının səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır.

Azərbaycan Prezidenti hospitalın binası ilə yaxından tanış oldu, anesteziologiya-əməliyyat, travmatologiya, reabilitasiya reanimasiya şöbələrinə, kliniki diaqnostika laboratoriyasına baxdı.

Sonra tibb ocağının kollektivi ilə görüşən Prezident

İlham ƏLİYEV yeni binanın istifadəyə verilməsi münasibətilə onlara təbriklərini çatdırdı:

- Gözəl hospitalın açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl şərait yaradılıb, çox gözəl avadanlıq quraşdırılıbdır. Burada dünyanın ən yüksək standartları tətbiq olunubdur. Təxminən iki il bundan əvvəl biz bu gözəl binanın təməlini qoyduq bu gün isə açılışında iştirak edirik. Əlbəttə ki, burada gözəl tibb xidməti göstərilməlidir, xəstələrə böyük qayğı göstərilməlidir. Həm diaqnostika üçün, həm müalicə üçün, əməliyyatların aparılması üçün bütün imkanlar var. Sizə mən burada yaxşı işləməyi arzulayıram, xəstələrə yaxşı baxın.

Hospitalın əməkdaşı, tibb xidməti kapitanı Hüsniyə KAZIMOVA kollektivin adından təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident, bu möhtəşəm, bütün səhiyyə tələblərinə cavab verən, ən müasir tibb avadanlıqları ilə təchiz edilmiş hospitalı istifadəmizə verdiyinizə, göstərdiyiniz yüksək diqqət qayğıya görə həkimlərimiz, bütün tibb işçilərimiz adından Sizə dərin minnətdarlığımızı təşəkkürümüzü bildiririk.

Son illər Sizin birbaşa təşəbbüs qayğınız sayəsində Azərbaycanın regionlarında çoxlu sayda belə, ən müasir tibbi avadanlıqla təchiz edilmiş xəstəxanalar, sağlamlıq-bərpa mərkəzləri, müalicə-diaqnostika mərkəzləri tikilib xalqımızın istifadəsinə verilmişdir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsinin parlaq nümunəsidir.

Cənab Prezident, bu nəcib xeyirxah işləriniz biz tibb işçilərini daha da vicdanla işləməyə ruhlandırır, xalqımıza layiqli xidmət etməyi qarşımıza əsas vəzifə kimi qoyur.

Cənab Prezident, bütün kollektivimiz adından Sizi əmin edirik ki, bu gün verdiyiniz tapşırıqları tam məsuliyyətlə yerinə yetirəcəyik. Xidməti vəzifəmizin icrasında bizə göstərdiyiniz böyük diqqət qayğınıza layiqli işimizlə cavab verəcəyik.

Daxili İşlər Nazirliyinin veteranı Bəylər HÜSEYNOV da ürək sözlərini söylədi:

- Cənab Prezident, mən 30 minlik veteranlar, onların ailə üzvləri adından Sizi ürəkdən salamlayıram. Sizə cansağlığı, uzun ömür, xalqımızın gələcəyi naminə gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Sizin diqqətiniz qayğınız sayəsində tikilib istifadəyə verilən bu gözəl tibb ocağı biz veteranlara, daxili işlər orqanlarının bütün şəxsi heyətinə çox böyük dəyərli hədiyyə, bizə olan diqqətinizin parlaq təzahürüdür.

Cənab Prezident, biz çox şadıq ki, Siz ulu öndərimiz Heydər Əliyevin ideyalarını həyata keçirməklə yanaşı, həm XXI əsrin tələblərinə uyğun olaraq daha da inkişaf etdirir təkmilləşdirirsiniz. Bu, bizi çox sevindirir.

İcazə verin, ölkəmizdə sabitliyi əmin-amanlığı ləyaqətlə qoruyan Azərbaycan polisinin Daxili İşlər Nazirliyinin rəhbərliyi adından Sizə həmişə sədaqətli olduğumuzu bildirim. Əmin ola bilərsiniz ki, biz qarşıya qoyulan vəzifələrin ləyaqətlə yerinə yetirilməsinə həmişə hazırıq. Allah-təaladan arzu edirəm ki, Sizi həmişə qorusun.

İlham ƏLİYEV: Təşəkkür edirəm. Bütün veteranlara mənim salamlarımı çatdırın. Onlar möhkəm olsunlar, xəstələnməsinlər. Amma işdir, xəstələnsələr, artıq gözəl müalicə üçün şərait var. Bu hospital doğrudan da dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən inkişaf etmiş ölkələrində mövcud olan xəstəxanalardan heç ilə fərqlənmir. Bəlkə onları qabaqlayır. Burada ən müasir avadanlıq quraşdırılıb bina da çox gözəl, zövqlə tikilibdir. Həm xarici görünüşü gözəldir, həm daxili dizaynı. Şübhə etmirəm ki, burada işləmək çox xoş olacaqdır.

Bir daha sizi təbrik edirəm uğurlar arzulayıram.

 

* * *

Dövlətimizin başçısı hospitalın kollektivi ilə xatirə şəkli çəkdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-25 fevral.-S.1.