"Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə
"Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması
və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması
sahəsində dövlət
siyasətinin həyata
keçirilməsi, bu
sahədə nəzarət
sisteminin təkmilləşdirilməsi
və aidiyyəti dövlət orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi
məqsədilə Azərbaycan
Respublikasının Milli
Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılsın.
2. Azərbaycan Respublikasının
Milli Bankı bir ay müddətində Azərbaycan Respublikasının
Milli Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Əsasnaməsinin layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti iki ay müddətində:
3.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. həmin Qanunun 8.1-ci və 8.3-cü maddələrinə
uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumatların
tərtib olunma formasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən
qanunvericilik aktının
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.5. öz səlahiyyətləri
daxilində "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci və 17.7-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.3. həmin Qanunun 6.1.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
4.4. həmin Qanunun 6.1.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
4.5. həmin Qanunun 6.1.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;
4.6. həmin Qanunun 6.1.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini qeyri-hökumət təşkilatlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;
4.7. həmin Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
4.8. həmin Qanunun 8.1-ci və 8.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;
4.9. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş "maliyyə monitorinqi orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Bankı yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir;
4.10. həmin Qanunun 17.5-ci və 18.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2009-cu il
Azərbaycan.-2009.-25 fevral.-S.3.