Mənzil hüququ Mənzil Məcəlləsi
ilə tənzimlənəcəkdir
Fevralın 24-də Azərbaycan
Respublikası Milli Məclisinin növbəti
plenar iclası keçirildi. Deputatlar əvvəlcə Xocalı
faciəsinin 17-ci ildönümü
ilə əlaqədar
olaraq soyqırımına
məruz qalmış
soydaşlarımızın xatirəsini sükutla yad etdilər. Xocalı faciəsinin insanlığa qarşı
ən qanlı cinayətlərdən olduğunu
deyən spiker Oqtay Əsədov bildirdi ki, Milli
Məclisin qərarı
ilə fevralın
26-sı Xocalı soyqırımı
günü elan edilmişdir. Faciənin qurbanı olan soydaşlarımızın xatirəsi
hər il ölkəmizdə və onun hüdudlarından kənarda anılır. Bu
il də müxtəlif ölkələrdə
Xocalı soyqırımı
ilə bağlı tədbirlər keçiriləcək.
Həmin tədbirlərdə
Milli Məclisin deputatları da iştirak edəcəklər.
Sonra gündəlikdəki
məsələlərin müzakirəsi
başlandı. Əvvəlcə
ötən həftə
müzakirəsi yarımçıq
qalmış Azərbaycan
Respublikasının Mənzil
Məcəlləsinin layihəsinin
müzakirəsi davam etdirildi. 8 fəsil, 147 maddədən ibarət olan layihədə mənzil hüquqlarının
əsasları, bu hüquqların qorunması,
məhdudlaşdırılması, mənzil münasibətləri,
bu sahədə dövlətin, bələdiyyələrin
vəzifələri, mənzil
fondu, yaşayış
sahəsinin təyinatı
və ondan istifadə etmək hüdudları, yaşayış
sahəsindən istifadə,
dövlət qeydiyyatı,
yaşayış sahəsinin
qeyri-yaşayış sahəsinə
və qeyri-yaşayış
sahəsinin yaşayış
sahəsinə keçirilməsi
şərtləri və
qaydaları, qəza vəziyyətində olan mənzillərin yenidən
qurulması və planlaşdırılması, yaşayış
sahəsi mülkiyyətçilərinin
hüquq və vəzifələri, dövlət
ehtiyacları üçün
torpaq alınarkən yaşayış sahəsi
mülkiyyətçisinin mənzil
hüquqlarının təmin
edilməsi, kommunal mənzilin ümumi əmlakının saxlanması,
xüsusi təyinatlı
mənzil fondunun yaşayış sahələri
və digər müddəalar əksini tapıb.
Deputatlardan Astan Şahverdiyev, Əhməd
Vəliyev, Məlahət
İbrahimqızı, Ərəstun
Cavadov, İlyas İsmayılov, Nizami Xudiyev, Miri Qənbərov,
Məjlum Şükürov,
Səttar Mehbalıyev,
Qüdrət Həsənquliyev,
Xanhüseyn Kazımlı
layihə ilə bağlı təkliflərini
diqqətə çatdırdılar.
Çıxışlarda qeyd
olundu ki, müzakirə olunan məsələ xalqın
marağını ifadə
edir. Mənzil Məcəlləsinin qəbulu
ölkədə vətəndaşların
mənzil problemlərinin
həllini asanlaşdıracaq,
dövlətin, bələdiyyələrin
və özəl sektorun bu sahədə
hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir.
Deputat İsa Həbibbəyli son illər
Azərbaycanın dinamik
inkişaf etdiyini bildirərək Mənzil Məcəlləsi layihəsində
respublikamızda baş
verən müsbət
dəyişikliklərin əksini
tapdığını dedi.
Deputat Gövhər
Baxşəliyeva da layihə ilə bağlı bir sıra təkliflər səsləndirdi. Onun fikrincə, Mənzil Məcəlləsində gənc
istedadlı kadrlara güzəştlərin tətbiq
edilməsini nəzərdə
tutan müddəa olmalıdır.
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının
sədri Əli Hüseynov layihə ilə bağlı səslənən təklif
və iradlara münasibətini bildirdi. Qeyd etdi ki,
bu sənədin ictimai müzakirəyə
çıxarılmasına ehtiyac olacaq. O, Mənzil Məcəlləsinin
bütün vətəndaşların
marağında olduğunu
vurğuladı.
Qanun layihəsi
ikinci oxunuşda qəbul edildi.
Sonra deputatlar
"Yol hərəkəti
haqqında" Azərbaycan
Respublikasının Qanununa
əlavələr və
dəyişikliklər edilməsi
barədə" qanun
layihəsini müzakirə
etdilər. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi
komissiyasının sədri
Əli Hüseynov bildirdi ki, layihəyə
əsasən yol hərəkəti nişanlarının
sayı artırılır.
Yeni nişanların sxemi də sənədin
layihəsinə əlavə
olunub. Layihənin bundan əvvəlki müzakirələrində işçi
qrupu tərəfindən
səsləndirilən rəy
və təkliflər
nəzər alınıb.
Müzakirələr zamanı
deputat Siyavuş Novruzov qanuna əlavələrin və
dəyişikliklərin edilməsinin
vacib olduğunu bildirdi. Avropanın bir sıra ölkələrində
elektron yol nişanlarının tətbiq
olunduğunu deyən Siyavuş Novruzov bunun ölkəmizdə də həyata keçirilməsini təklif
etdi.
Qanun layihəsi
qəbul edildi.
Fasilədən sonra
"Ölkədən getmək,
ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi haqqında Əsasnamə"də, "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin
və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri
haqqında Əsasnamə"də
və "Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununun
tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Qanununun layihəsi müzakirəyə çıxarıldı.
Qanun layihəsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi
komissiyasının sədri
Əli Hüseynov məlumat verdi. Qeyd olundu
ki, əlavə və dəyişikliklərin edilməsinin səbəbləri
var.
Deputat Mübariz Qurbanlı
qeyd etdi ki, Azərbaycan dünyaya sürətlə inteqrasiya
edir. Bu səbəbdən də bir sıra qanunlara əlavə
və düzəlişlər edilir, təkmilləşdirilir.
Deputat Mübariz Qurbanlı bir sıra təkliflər irəli
sürdü. Onun fikrincə, soyadların dəyişdirilməsi
müsbət haldır. Ölkə vətəndaşlarının
şəxsiyyət vəsiqələrində soyadlar deyil,
adlar birinci yazılmalıdır. Bu məsələ də
dünya standartlarına
uyğunlaşdırılmalıdır. Şəxsiyyət vəsiqələrində
soyadların yox, adların birinci yazılması məsələsi
başqa ölkələrdə, o cümlədən Rusiyada da
müzakirə olunmaqdadır. Eyni zamanda soyadların dəyişdirilməsi
zərurəti yaranıb.
Müzakirələrin sonunda
deputatlar "Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamə"də, "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan Respublikasında
30 gündən artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə"də
və "Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikasının
Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
layihəsinə müsbət münasibət bildirdilər.
Daha sonra "Əmək Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi
müzakirəyə çıxarıldı. Milli Məclisin
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli
ölkəmizdə əmək münasibətlərinin daha da
təkmilləşdirildiyini, respublikamızın demokratik yolla
inkişaf etdiyini bildirərək son 10 ildə Azərbaycan vətəndaşlarının
mənafeyinə xidmət edən Əmək Məcəlləsinə
bir sıra əlavə və dəyişikliklərin edildiyini
xatırlatdı. "Əmək Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun layihəsi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə
Nazirliyi və digər dövlət orqanları ilə birlikdə
müzakirə edilib, hazırda qanunvericilikdəki boşluqlar
öyrənilir. Komissiya sədri bildirdi ki, Milli Məclisin
Sosial siyasət daimi komissiyası Hüquq siyasəti və
dövlət quruculuğu daimi komissiyası ilə birlikdə
"Əmək Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublkası Qanununun layihəsini hazırlayıb. Qanunun 44
maddəsinə əlavə və dəyişikliklər nəzərdə
tutulub. Qanun layihəsi xüsusi əhəmiyyət kəsb
edir.
Müzakirələr
zamanı deputat Rafael Cəbrayılov bildirdi ki, Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə nəzərdə
tutulan dəyişikliklər məcəlləni hüquqi cəhətdən
daha da təkmilləşdirəcəkdir. Komissiyaların birgə
müzakirəsində səsləndirilən fikirlər qanun
layihəsində əksini tapıb.
Daha sonra
çıxış edən deputatlar - Ərəstun Cavadov, Əkrəm
Abdullayev və Səttar Mehbalıyev son illər Əmək Məcəlləsinə
təklif edilən əlavə və dəyişikliklərlə
hüquqi bazanın yaradıldığını
vurğuladılar və bir sıra təkliflər irəli
sürdülər. Hazırkı dəyişiklik əvvəlkilərlə
müqayisədə daha təkmil, səmərəlidir. Bu dəyişikliklər
vətəndaşların əmək hüquqlarının
qorunmasında növbəti uğurlu addım olacaqdır. 1999-cu
ildə qəbul olunmuş Əmək Məcəlləsinin bəzi
maddələrində boşluqlar vardı. Buna görə də
ona bir sıra dəyişikliklərin edilməsi zəruridir.
Qanun layihəsinin qəbul edilməsi işə götürənlə
işçinin hüquqlarının daha da təkmilləşdirilməsinə,
qorunmasına gətirib çıxaracaqdır.
Müzakirələrin sonunda
deputatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında Azərbaycan Respublikası Qanununun layihəsinə
müsbət münasibət bildirdilər.
Azərbaycan.-2009.-25 fevral.-S.4.