Haaqada "Xocalıya ədalət" beynəlxalq kampaniyasının internet saytı təqdim olunmuşdur

 

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirmişlər ki, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi azərbaycanlı tələbələrin iştirakı ilə anma mərasimi yürüş təşkil etmişdir. Bu tədbirlər zamanı "Xocalıya ədalət" beynəlxalq kampaniyasının www.justiceforkhojaly.org ünvanlı internet saytının təqdimatı olmuşdur.

Anma mərasimindən əvvəl internet saytının ünvanını mahiyyətini əks etdirən xüsusi maykalar geyinmiş, səhifəyə ümumiyyətlə Xocalı faciəsinə aid plakatlar nümayiş etdirən gənclər bir sıra beynəlxalq məhkəmələrin, Beynəlxalq Hüquq Akademiyasının beynəlxalq hüquq üzrə ixtisaslaşmış digər mərkəzlərin yerləşdiyi Sülh Sarayının qarşısında toplantı keçirmişlər. Sonra tədbir iştirakçıları mövzu ilə bağlı plakatları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış fotoşəkilləri nümayiş etdirərək Xocalı faciəsinə həsr olunan Avropada ilk dəfə quraşdırılmış abidə istiqamətində matəm yürüşünə başlamışlar.

Abidənin önündə təşkil olunmuş mərasim zamanı çıxış edən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Gülşən Kazımova, "Azərbaycanın Holland Dostları" cəmiyyətinin icraçı direktoru xanım Marion van der Vext Niderlandda fəaliyyət göstərən Rusiya Həmvətənlərin Əlaqələndirmə Şurasının icraçı direktoru Qriqori Pasternak Xocalı soyqırımı haqqında danışmış, faciəni törədənlərin cəzalandırılmasını tələb etmiş, belə bir qətliamın bir daha təkrarlanmaması ilə bağlı beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, bu məqsədlərə nail olunmasına faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha qətiyyətli şəkildə çatdırılmasına Leyla xanım Əliyevanın təşəbbüsü Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən beynəlxalq kampaniya yaradılmış internet səhifəsi yeni, mahiyyətcə daha güclü təkan verəcəkdir.

Qeyd etmək lazımdır ki, Qərbi Avropada internet səhifələrinin təqdimatlarının əksər hallarda qapalı tədbir kimi deyil, məhz kütləvi aksiya şəklində geniş ictimaiyyət qarşısında keçirilməsi öz səmərəliliyinə görə çox populyardır. Xocalı faciəsinə həsr olunmuş internet səhifəsinin bu formatda təqdim edilməsi holland ictimaiyyəti yerli KİV nümayəndələrinin böyük marağına səbəb olmuş, zəruri məlumatların geniş kütlələrə çatdırılmasına şərait yaratmışdır.

Tədbirdə Niderlandda təhsil alan azərbaycanlılarla yanaşı, Azərbaycan diasporunun "Azərbaycanın Holland Dostları" təşkilatının fəalları, yerli KİV təmsilçiləri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-25 fevral.-S.4.