Məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi üzrə tədbirlər
davam etdirilir
Fevralın 24-də Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının
növbəti iclası
keçirilmişdir. İclasda ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması üzrə
son vaxtlar görülmüş
işlər vurğulanmış,
ölkəmizin Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
təsdiq olunmuş
"Azərbaycan ədliyyəsinin
inkişafına dair
2009-2013-cü illər üçün
Dövlət Proqramı"nda
məhkəmə fəaliyyətinə
dair tədbirlərin icrasının təşkili
ilə bağlı məsələ müzakirə
edilmişdir.
Şura üzvləri
çıxış edərək
Dövlət Proqramının
qəbul edilməsinin
məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsinə böyük diqqət və qayğının təzahürü olduğunu
bildirmiş, dövlətimizin
başçısına dərin
minnətdarlıqlarını ifadə etmiş, proqramın məhkəmə
fəaliyyətinin müasirləşdirilməsinə
və inkişafına,
bu sahədə tədbirlərin daha mütəşəkkil həyata
keçirilməsinə xidmət
edəcəyi vurğulanmışdır.
Həmçinin iclasda hakimlərin mükafatlandırılması, iş yerlərinin
dəyişdirilməsi ilə
bağlı məsələlərə
baxılmış, hakimliyə
namizədlərin seçilməsi
prosesinin vəziyyəti
ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı
dinlənilmişdir.
Hakimlər barədə
başlanılmış intizam
icraatlarına baxılaraq
fəaliyyətində yol
verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Astara Rayon Məhkəməsinin
sədri Elnur Cəbiyevin vəzifəsinin
dəyişdirilməsi, Xızı
Rayon Məhkəməsinin hakimi
İsmiyar İsmayıllıya
töhmət verilməsi
barədə qərarlar
qəbul edilmişdir.
Eyni zamanda qanunvericiliyin tələblərinin pozulması
ilə bağlı 2
hakim barədə intizam
icraatları başlanılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-25 fevral.-S.4.