Uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə istehsal
sahələri genişlənir
Son beş ildə, xüsusilə ötən
il ölkəmizdə
yeni istehsal sahələrinin yaradılması
istiqamətində çox
böyük işlər
görülmüşdür. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə
günün tələblərinə
cavab verən müəssisələr, zavod,
fabrik tikilib, firma və şirkətlər açılıb, həm
dövlət investisiyaları,
həm də özəl sektorun fəaliyyəti nəticəsində
nəhəng infrastruktur
layihələri icra olunub, iqtisadiyyatımız
2,6 dəfə artıb.
Soydaşlarımızın sosial həyat
şəraiti nəzərəçarpacaq
dərəcədə yaxşılaşıb.
Son beş ildə açılan 766
min yeni iş yerinin 548 mini daimidir. Respublikamızın hərtərəfli inkişafı, hər bir bölgədə əhalinin sosial rifahında müsbət dinamikanın təmin olunması, uğurlu sosial proqramların icrası xalqın Prezidentə inam və etibarını daha da artırmışdır.
Ötən il
oktyabrın 15-də ölkə
rəhbəri cənab
İlham Əliyevin prezident seskilərində məhz xalqın çox böyük dəstəyi ilə qələbə qazanması
bu reallığın
və inamın təzahürüdür.
"Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Cülfa və Şahbuz rayonlarında, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan,
Lənkəran şəhərlərində
və digər yerlərdə dövlət
və qeyri-dövlət
sektoruna aid obyektlərin
açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Yəqin ki, mingəçevirlilər ötən
il dövlət başçısının iştirakı
ilə konveyer üsulu ilə kompüter istehsal edən "Kür" elektron avadanlıqları zavodunun açılışını,
gəncəlilər Novruz
bayramı ərəfəsində
Gəncə polad kompleksinin və Det-al alüminium zavodunun təməlqoyma mərasimini, lənkəranlılar
Lənkəran beynəlxalq
hava limanının,
"Cənub TV" televiziya
kanalının yeni binasının istifadəyə
verilməsini, Saatlı
camaatı biyan məhsulları istehsalı
zavodunun istifadəyə
verilməsi mərasimini,
kürdəmirlilər "Qelios" Məhdud Məsuliyyətli Cəmiyyətinin
şərab, şirə
istehsalı kombinatının
açılışını, ağstafalılar "Akkord"
Şirkətlər Qrupunun
rayon mərkəzindəki tikiş
fabrikinin, balakənlilər
rayon mərkəzinə çəkilmiş
su xəttinin, mərkəzi rayon elektron kitabxanasının, yeni avtovağzal binasının,
ticarət mərkəzinin,
yem istehsalı zavodunun açılışını
uzun müddət xatırlayacaqlar. Ölkə Prezidentinin iştirakı
ilə keçirilən
mərasimlərə dair
misalların sayını
artırmaq da olar. Dediyimiz odur ki, belə
sürətli sosial-iqtisadi
inkişaf, uğurlu iqtisadi layihələr, insanlara göstərilən
ardıcıl diqqət
və qayğı, işsizliyin aradan qaldırılması yeni iş yerlərinin açılması sayəsində
mümkün olub. Sevindirici haldır ki, ölkəmizdə yeni obyektlərin və iş yerlərinin sayı yenə də artmaqdadır.
Yanvarın 16-da Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti böyük inam və qətiyyətlə
bu barədə demişdir: "Ölkəmizi
bundan sonra da inkişaf etdirməliyik. 2009-cu ildə
və ondan sonrakı illərdə nəzərdə tutulmuş
bütün proqramlar icra olunacaqdır... Növbəti beş il üçün yeni geniş proqram hazırlanır və yəqin ki, yaxın vaxtlarda biz bunu qəbul edəcəyik".
Azərbaycan.-2009.-26 fevral.-S.1.