Bakıda Azərbaycan Respublikası Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri ilə bağlı Niyyət protokolu imzalanmışdır

 

Fevralın 25- Bakıda Azərbaycan Respublikası Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilmişdir.

Məsləhətləşmələrdən əvvəl nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəmanların məzarlarını ziyarət etmişlər.

Sonra məsləhətləşmələr davam etdirilmiş, Azərbaycan Respublikası Rusiya Federasiyasında yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Rusiyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti, onlara qarşı törədilmiş qətl hadisələri, Rusiya Federasiyası ərazisində qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının deportasiyası zamanı yaranan problemlər, deportasiya ediləcək şəxslərin saxlanma şəraiti, qanunsuz deportasiya olunduqlarını bildirən vətəndaşların şikayətetmə mexanizmi, miqrasiya problemləri readmissiya kimi vacib məsələlər müzakirə olunmuşdur.

Müzakirələrdə hər iki ölkənin Daxili İşlər, Ədliyyə, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Sərhəd, Miqrasiya Gömrük xidmətlərinin nümayəndələri çıxış edərək gündəlikdəki məsələlərə dair fikir təkliflərini bildirmişlər.

Azərbaycan tərəfdən məsləhətləşmələrdə nümayəndə heyətinə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi, fövqəladə səlahiyyətli səfir Nadir Hüseynov, Rusiya nümayəndə heyətinə fövqəladə səlahiyyətli səfir Lev Pauzin rəhbərlik etmişlər.

Sonda tərəflər arasında müzakirə olunan məsələlərə dair Niyyət protokolu imzalanmışdır.

Azərbaycan Respublikası Rusiya Federasiyası Xarici işlər nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 2007-ci il yanvarın 30-31- Moskva şəhərində keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 fevral.-S.1.