"Gömrük tarifi
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə
Azərbaycan
Respublİkasının Milli Məclisi qərara alır:
1. 13-cü maddənin 1-ci bəndinin
ikinci cümləsində "Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə
tutulan hallar" sözləri "Müvafiq məhkəmə
qərarının qəbul olunduğu hallar" sözləri
ilə əvəz edilsin;
2. 15-ci maddə üzrə:
2.1. 1-ci bəndə
aşağıdakı məzmunda birinci abzas əlavə
edilsin:
"Gömrük
orqanlarının gömrük qiymətləndirilməsi məqsədilə
onlara təqdim edilən hər hansı məlumatın, sənədin
və ya bəyannamənin həqiqiliyini və ya
düzgünlüyünü araşdırmaq hüququ
vardır.";
2.2. 2-ci bənddə "bəyan
edilmiş gömrük dəyərinin rüsum hesablanması
üçün əsas kimi qəbul edilməməsinin səbəbləri
barədə ona üç ay müddətində"
sözləri "malların gömrük dəyərinin necə
müəyyən edilməsi haqqında ona" sözləri
ilə əvəz edilsin;
3. 17-ci maddənin 2-ci bəndinin
üçüncü abzasında "üsullarından"
sözündən sonra "deklarantın xahişi ilə"
sözləri əlavə edilsin;
4. 18-ci maddə üzrə:
4.1. 1-ci bənd üzrə:
4.1.1. birinci abzasda "Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilərkən" sözləri "Azərbaycan
Respublikasına ixrac olunması üçün satılarkən"
sözləri ilə, "daxil edilir" sözləri "əlavə
edilir" sözləri ilə əvəz edilsin və
"(limana və ya digər gətirilmə yerinədək)"
sözləri çıxarılsın;
4.1.2. "q" yarımbəndində
"intellektual" sözündən əvvəl "mallarla
əlaqəli" sözləri, "alıcının"
sözündən sonra "qiymətləndirilən
malların satışı üçün şərt
kimi" sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda
1-1-ci bənd əlavə edilsin:
"1-1. Faktiki ödənilmiş
və ya ödənilməli qiymətə əlavələr,
bu maddəyə əsasən və yalnız qərəzsiz və
kəmiyyətlə ifadə oluna bilən məlumat əsasında
edilməlidir. Gömrük dəyəri müəyyənləşdirilən
zaman faktiki ödənilmiş və ya ödənilməli
qiymətə bu maddədə göstərilməyən əlavələrin
edilməsinə yol verilmir.";
4.3. 2-ci bənd üzrə:
4.3.1. "a" yarımbəndinin
birinci abzasında "hüquqları" sözündən əvvəl
"sərəncam və ya istifadə" sözləri əlavə
edilsin;
4.3.2. "q" yarımbəndinin
birinci abzası aşağıdakı redaksiyada verilsin:
"bu maddənin 3-cü bəndinə
əsasən sövdələşmə qiyməti
gömrük məqsədləri üçün qəbul
edilən sayıldığı hallar istisna olmaqla,
alıcı və satıcı əlaqəli şəxslər
olduqda.";
4.3.3. aşağıdakı
məzmunda "ğ" yarımbəndi əlavə edilsin:
"ğ) alıcı tərəfindən
malların hər hansı sonrakı satışından, sərəncam
verilməsindən və ya istifadəsindən əldə edilən
gəlirin hər hansı bir hissəsi bilavasitə və ya
dolayı yolla satıcıya keçərsə, bu şərtlə
ki, bu maddənin 1-ci bəndinin müddəalarına əsasən
müvafiq dəqiqləşmələrin aparılması
mümkün olmasın.";
4.3.4. ikinci hissə üzrə:
4.3.4.1. birinci abzasda
"bir-birindən qarşılıqlı asılı olan"
sözləri "əlaqəli" sözü ilə əvəz
edilsin;
4.3.4.2. dördüncü və
doqquzuncu abzaslar müvafiq olaraq aşağıdakı
redaksiyada verilsin:
"- sövdələşmə
iştirakçıları bir-birinə münasibətdə
işəgötürən və işçidirlərsə;";
"- sövdələşmə
iştirakçıları eyni ailənin üzvü və ya
yaxın qohumdurlarsa.";
4.3.5. aşağıdakı
məzmunda üçüncü hissə əlavə edilsin:
"İşgüzar fəaliyyətdə
bir-biri ilə bağlı olan şəxslərdən biri digərinin
yeganə nümayəndəsi, yeganə distribütoru və
ya yeganə konsessioneri olduğu təqdirdə, bunun təqdim
edilməsi formasından asılı olmayaraq, onlar yuxarıda
göstərilən asılılıq meyarlarına uyğun gəldiyi
halda əlaqəli şəxs hesab edilirlər.";
4.4. aşağıdakı məzmunda
3-cü və 4-cü bəndlər əlavə edilsin:
"3. Alıcı və
satıcının əlaqəli şəxslər olması
faktı özü-özlüyündə sövdələşmə
qiymətinin məqbul sayılmaması üçün əsas
deyildir. Bu halda, satışla bağlı şərait
araşdırılmalı və əlaqələrin qiymətə
təsiri olmaması şərtilə sövdələşmə
qiyməti qəbul edilməlidir. Əgər deklarant tərəfindən
və ya başqa cür təqdim edilmiş məlumata əsasən
gömrük orqanları əlaqələrin qiymətə təsir
etdiyinə dair əsaslara malik olarsa, onlar deklarantı özlərinin
əsasları haqqında məlumatlandırmalı və
cavablandırmaq üçün ona imkan yaratmalıdırlar.
Deklarantın istəyi ilə belə bir bildiriş yazılı
şəkildə verilə bilər.
Əlaqəli şəxslər
arasında satış zamanı, deklarant sövdələşmə
qiymətinin aşağıda göstərilənlərlə
eyni və ya təxminən eyni zamanda baş verənlərdən
az fərqləndiyini göstərərsə, belə sövdələşmə
qiyməti qəbul edilməli və mallar bu maddənin 1-ci bəndinə
müvafiq olaraq qiymətləndirilməlidir:
əlaqəli olmayan
satıcı ilə Azərbaycan Respublikasına ixrac
üçün satış zamanı eyni və ya eynicinsli
mallar üçün sövdələşmə qiyməti;
eyni və ya eynicinsli
malların bu qanunun 21-ci və ya 22-ci maddələrinin
müddəalarına əsasən müəyyən
edilmiş gömrük dəyəri.
Bu bəndin ikinci hissəsində
göstərilən hallar tətbiq olunan zaman, kommersiya və kəmiyyət
səviyyələri, bu maddənin 1-ci bəndində göstərilən
qiymətə təsir edən əsaslar, satıcı və
alıcı əlaqəli şəxslər olmayan
satışda satıcının çəkdiyi xərclər
arasındakı fərqlər lazımi qaydada nəzərə
alınmalıdır.
Bu bəndin ikinci hissəsində
göstərilən hallar deklarantın təşəbbüsü
ilə və yalnız müqayisə məqsədləri
üçün istifadə oluna bilər. Həmin müddəalara
uyğun olaraq əvəzedici qiymətlər müəyyən
edilə bilməz.
4. Mallar üçün
ödənilmiş və ya ödənilməli olan qiymətdən
əlavə vəsaitin məbləği müəyyənləşdirilərkən
aşağıdakı xərclər gömrük dəyərindən
çıxılmalıdır:
sənaye qurğuları,
maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra
qiymətləndirilən mallarla əlaqədar
tikinti-inşaat, yığılma, quraşdırma, istismar və
texniki yardım göstərilməsindən yaranan istənilən
xərc və ödənişlər;
qiymətləndirilən
malların gömrük ərazisinə gətirildikdən
sonrakı daşınma və sığorta xərcləri;
gömrük ərazisində
ödənilməli olan rüsum və vergilər.";
5. 19-cu maddə üzrə:
5.1. 1-ci bəndin birinci
abzasının ikinci cümləsində ", o cümlədən
aşağıdakı parametrlərə görə fərqlənməyən
mallar başa düşülür" sözləri "eyni
olan mallar başa düşülür, o cümlədən"
sözləri ilə əvəz edilsin və
dördüncü-beşinci abzasları
çıxarılsın;
5.2. 2-ci bənd üzrə:
5.2.1. "a" yarımbəndi
aşağıdakı redaksiyada verilsin:
"a) Azərbaycan
Respublikasına ixrac üçün satılsın;";
5.2.2. "b" yarımbəndində
"gətirilməsi" sözü "idxalı"
sözü ilə əvəz edilsin, "eyni"
sözündən sonra "və ya təxminən eyni"
sözləri əlavə edilsin, "və ya 90 gündən
artıq olmamaqla, həmin vaxtdan əvvəl" sözləri
çıxarılsın;
5.2.3. "v" yarımbəndində
"şərtləri ilə" sözləri "səviyyəsində
və" sözləri ilə, "gətirilsin"
sözü isə "satılsın" sözü ilə əvəz
edilsin;
5.2.4. beşinci abzas
aşağıdakı redaksiyada verilsin:
"Eyni malların eyni
kommersiya səviyyəsində və/və ya əsas etibarilə
eyni miqdarda olan heç bir satışı müəyyən
edilmədikdə, müxtəlif kommersiya səviyyələrində
və/və ya müxtəlif miqdarda satılmış eyni
malların, səviyyə və miqdar fərqləri nəzərə
alınaraq düzəlişlər edilmiş sövdələşmə
qiyməti istifadə edilir. Düzəlişlər, dəyərin
artması və ya azalmasına səbəb olub-olmamasından
asılı olmayaraq, onların
ağlabatanlığını və düzgünlüyünü
aydın şəkildə müəyyən edən sübut
olunmuş dəlillər vasitəsilə əsaslandırıla
bilən olmalıdır.";
5.3. 3-cü bənd üzrə:
5.3.1. birinci abzasda "maddəsində"
sözü "maddəsinin 1-ci bəndinin "a"
yarımbəndində" sözləri ilə, "xərclər"
sözü isə "çatdırılma xərcləri
qiymətləndirilən mallar və eyni mallar arasında belə
xərc və məsafələrdə əhəmiyyətli fərqlər
mövcud olduğu halda və əgər fərqlər məsafə
və nəqliyyat vasitələrinin növlərinin müxtəlifliyindən
irəli gələrsə," sözləri ilə əvəz
edilsin;
5.3.2. ikinci abzasda
"Deklarant tərəfindən edilən düzəlişlər"
sözləri "Təshih etmələr" sözləri
ilə, "aparıla bilər" sözləri isə
"aparılmalıdır" sözü ilə əvəz
edilsin.
6. 20-ci maddə üzrə:
6.1. 1-ci bəndin ikinci
cümləsində "qiymətləndirilən mallarla eyni vəzifələri
yerinə yetirən" sözləri "onlara qiymətləndirilən
mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən
oxşar xüsusiyyətlərə və tərkib materiallara
malik olan" sözləri ilə əvəz edilsin,
üçüncü cümləsində ", bazardakı
nüfuzuna və mənşə ölkəsinə görə"
sözləri "və bazardakı nüfuzuna görə"
sözləri ilə əvəz edilsin;
6.2. 2-ci bənddə
"2-ci və 4-cü" sözləri "2-4-cü"
sözləri ilə əvəz edilsin;
6.3. 3-cü bəndə
aşağıdakı məzmunda "v" yarımbəndi əlavə
edilsin:
"v) digər şəxs tərəfindən
istehsal edilmiş mallar, yalnız qiymətləndirilən
malları istehsal edən şəxs tərəfindən
istehsal edilmiş eyni və ya eynicinsli mallar mövcud
olmadığı şəraitdə nəzərə
alınmalıdır.".
7. 21-ci maddə üzrə:
7.1. 2-ci bənddə
"tarixdən 90 gündən gec olmayaraq" sözləri
"eyni və ya təxminən eyni tarixdə" sözləri
ilə, "eyni və eynicinsli malların ən böyük
partiyası satıcı ilə qarşılıqlı
asılılığı" sözləri "idxal
edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən
böyük məcmu miqdarı satıcı ilə əlaqəli"
sözləri ilə əvəz edilsin;
7.2. 3-cü bənd üzrə:
7.2.1. "a" yarımbəndi
aşağıdakı redaksiyada verilsin:
"a) idxal edilmiş eyni
sinif və ya növ malların Azərbaycan Respublikasında
satışı ilə əlaqədar adətən ödənilən
və ya ödənilməli olan komissiyalar və ya gəlir və
ümumi xərclər üçün adətən ödənilən
əlavələr;";
7.2.2. "v" yarımbəndində
"sığortaya" sözündən sonra "adətən"
sözü əlavə edilsin;
7.2.3. aşağıdakı
məzmunda "q" yarımbəndi əlavə edilsin:
"q) müvafiq hallarda bu
qanunun 18-ci maddəsinin 1-ci bəndinin "a" yarımbəndində
qeyd olunan xərclər və yığımlar.
Əgər qiymətləndirilən
malların idxalı ilə eyni və ya təxminən eyni
vaxtda belə bir satış həyata keçirilməyibsə,
gömrük dəyəri, bu maddənin 1-3-cü bəndlərində
başqa qayda nəzərdə tutulmayıbsa, idxal olunan
mallarla eyni və ya eynicinsli olan malların Azərbaycan
Respublikasında 90 gündən artıq olmamaq şərtilə
ən tez satıldığı satış qiymətinə əsaslanmalıdır".
8. 22-ci maddə üzrə:
8.1. birinci hissə 1-ci bənd
hesab edilsin və bu bəndin "a" yarımbəndi
aşağıdakı redaksiyada verilsin:
"a) idxal edilən
malların hazırlanmasında istifadə edilən materiallara,
həmin malların istehsalına və ya digər emalına
çəkilən xərclər və ya bunların dəyəri;";
8.2. "b" yarımbəndində
"ixrac edən ölkədən eyni növlü malların
Azərbaycan Respublikasına satışı üçün
səciyyəvi olan ümumi xərclər, o cümlədən"
sözləri "bu qanunun 18-ci maddəsinin 1-ci bəndinin
"a" yarımbəndində göstərildiyi kimi"
sözləri ilə əvəz edilsin, "və"
sözündən əvvəl "və dəyərləri"
sözləri əlavə edilsin;
8.3. "v" yarımbəndi
aşağıdakı redaksiyada verilsin:
"v) Azərbaycan Respublikasına
ixrac etmək məqsədilə ixrac ölkəsində
istehsalçılar tərəfindən hazırlanan və
qiymətləndirilən mallarla eyni sinif və ya növdən
olan malların satışı zamanı adətən nəzərə
alınan mənfəətə və ümumi xərclərə
bərabər mənfəət və ümumi xərclərin
həcmi.";
8.4. aşağıdakı məzmunda
2-ci bənd əlavə edilsin:
"2. Azərbaycan
Respublikasının rezidenti olmayan hər hansı bir şəxsdən
hesablanmış qiymətin müəyyən edilməsi
üçün hesabat sənədləri tələb edilə
bilməz. Lakin bu maddənin tələblərinə uyğun
olaraq gömrük dəyərinin təyin edilməsi məqsədi
ilə malların istehsalçısı tərəfindən
təqdim edilən məlumatlar, istehsalçının
razılığı və müvafiq ölkənin aidiyyəti
orqanlarına əvvəlcədən bildirişin verilməsi
və həmin orqanların araşdırmaya etiraz etməməsi
şərtilə həmin ölkədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yoxlanıla bilər.".
9. 23-cü maddə üzrə:
9.1. 1-ci bənddə
"beynəlxalq təcrübəyə əsasən"
sözləri "1994-cü il Tarif və Ticarət üzrə
Baş Sazişin (GATT) VII maddəsinin və GATT-ın VII maddəsinin
Tətbiq edilməsinə dair Razılaşmanın prinsip və
müddəalarına müvafiq olan ağlabatan vasitələrlə
və Azərbaycan Respublikasında mövcud olan məlumatlardan
istifadə etməklə" sözləri ilə əvəz
edilsin;
9.2. 2-ci bənd üzrə:
9.2.1. "a" yarımbəndində
"Azərbaycan Respublikasının" sözləri
"ixrac edən ölkənin" sözləri ilə əvəz
edilsin;
9.2.2. "q" yarımbəndi
aşağıdakı redaksiyada verilsin: "q) təsadüfi
və ya uydurma qiymətlər;";
9.2.3. aşağıdakı
məzmunda "d", "e" və "ə"
yarımbəndləri əlavə edilsin:
"d) müqayisə
üçün seçilən iki alternativ dəyərdən
gömrük məqsədləri üçün ən
yüksəyinin qəbul edilməsini nəzərdə tutan
sistem;
e) bu qanunun 22-ci maddəsinin müddəalarına əsasən eyni və ya eynicinsli mallar üçün dəyərin toplanması üsulunda müəyyən edilməyən fərqli istehsal xərcləri;
ə) minimum gömrük dəyərləri.".
II. Bu qanun dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2008-ci il
Azərbaycan.-2009.-26 fevral.-S.2.