"Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında
"Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Gömrük tarifi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki, "Gömrük tarifi haqqında" Azərbaycan
Respublikası Qanununun
22-ci maddəsinin ikinci
bəndində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsi
həyata keçirir.
3. Bu fərman
dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 fevral 2009-cu il
Azərbaycan.-2009.-26 fevral.-S.2.