Jan NUVEL: "Yeni
layihədə Xəzərin
xarakteri ilə Bakının tarixini bir obrazda birləşdirməyə
çalışmışam"
Fevralın 25-də Azərbaycan Rəssamlar İttifaqında Müasir
İncəsənət Muzeyi
kompleksinin memarlıq konseptinin təqdimatı keçirilmişdir. Tədbirdə layihənin müəllifi,
dünya şöhrətli
memar Jan Nuvel, layihənin iştirakçıları
Nikolas İlyin, Nikolas Gitton,
Norman Rozental, Prezidentin
İcra Aparatının
Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə, Azərbaycan
Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov, Bakının baş memarı Akif Abdullayev, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Abbas Ələkbərov və başqaları iştirak etmişlər.
Layihədə 30 min kvadratmetr sahədə - Bayıldan "qızıl
hörük" şəklində
Xəzərə uzanan
və bir neçə kiçik ada ilə tamamlanan
obyektlərin tikintisi nəzərdə tutulmuşdur. J.Nuvelin planına
görə, Azərbaycanın
Dövlət bayrağı
meydanından başlanacaq
kompleksin suüstü
hissənin "işıq"
saçan konstruksiyası
deşikli möhkəm
materialdan hazırlanacaqdır.
Beləliklə, "hörük" qızılı
işıq saçacaqdır. J.Nuvel demişdir: "Bunu vurğulamaq vacibdir. Buxtanın formasından istifadə edərək mən dənizin xarakteri ilə şəhərin tarixini birləşdirməyə
çalışmışam. Bakının sahilyanı zonası
şəhərin özgürlüyünü
üzə çıxarmaq
üçün ideal ərazidir.
Bu mövzu tükənməzdir.
Tikililər suyun, neftin və torpağın birliyi ideyasını əks etdirməli, müvafiq forma və rəngə malik olmalıdır". Onun sözlərinə
görə, kompleks şəhərin rəmzinə
çevriləcəkdir.
J.Nuvel bildirmişdir ki, layihədə təkcə
muzey, rəsm salonları, qalereyalar deyil, həm də ticarət və əyləncə mərkəzlərinin tikintisi
nəzərdə tutulmuşdur. Turizmin inkişafı
amili də nəzərə alınmışdır.
J.Nuvelin fikrincə, yeni kompleks ildə təxminən 600 min adamı
qəbul edəcəkdir.
Azərbaycan Prezidentinin İcra Aparatının şöbə
müdiri Fatma Abdullazadə J.Nuvelin gördüyü böyük
işi və "Müasir incəsənət
muzeyi" layihəsinin
əhəmiyyətini qeyd
etmişdir. Onun sözlərinə görə, istiqamət düzgün seçilmişdir
və yəqin ki, layihə mərhələlərlə həyata
keçiriləcəkdir.
J.Nuvel 1945-ci ildə Fransanın Sarla şəhərində
anadan olmuşdur. 1966-1972-ci illərdə Bordoda incəsənət məktəbində
təhsil almış,
ilk bürosunu tərəfdaşı
ilə birlikdə
1970-ci ildə açmışdır.
1994-cü ildə öz memarlıq atelyesini yaratmışdır.
1982-ci ildə Parisdəki Ərəb Dünyası İnstitutu binasının layihəsi
üzrə müsabiqədə
qalib gəldikdən sonra dünya şöhrəti qazanmışdır.
Jan Nuvelin Kartye
Fondu və Ərəb Dünyası İnstitutu kimi layihələri Fransanı
yenidən dünya memarlığında ön
sıraya çıxarmışdır.
J.Nuvelin Barselonadakı Torre Akbar göydələni
çoxmərtəbəli binalar tikintisində yeni mərhələdir.
2006-cı ildə J.Nuvelin yeni işi olan
Paris Dünya Mədəniyyəti
Muzeyi açılmışdır. Müəllif burada muzey, ətraf
mühit və eksponatların vəhdətini
yarada bilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-26 fevral.-S.2.