Xocalı faciəsinə
həsr olunmuş film nümayiş olundu
Dünən Azərbaycan Türkiyə
İş Adamları Birliyinin ofisində Xocalı faciəsinə həsr olunmuş qısametrajlı filmin nümayiş etdirilməsi
bütün tədbir
iştirakçılarında mənfur erməni işğalçılarının törətdikləri amansızlıqlara,
vəhşiliklərə qarşı
nifrət oyadaraq intiqam hisslərini bir daha artırdı.
Yerli və xarici televiziya kanalları ilə, internet vasitəsilə
bütün dünyaya
yayımlanması nəzərdə
tutulan Xocalı soyqırımına həsr
olunmuş "Xocalı
qətliamı. Bu, son oslun!"
adlı qısametrajlı
filmin rejissoru Türkiyənin tanınmış
sənətçisi, nüfuzlu
Filmdən Azərbaycanda
və xarici ölkələrdə keçirilən müxtəlif
tədbirlərdə vizual təbliğat vasitəsi kimi istifadə
edilməsi nəzərdə tutulub. Azərbaycan-Türkiyə-Amerika
Fondunun vasitəsilə filmin Xocalı faciəsinin
ildönümü ilə bağlı ABŞ-da keçiriləcək
tədbirlərdə nümayişi planlaşdırılıb.
Filmin
Ümumdünya Azərbaycan Konqresinin vasitəsilə Moskvada və
Rusiyanın bir çox şəhərlərində
keçiriləcək tədbirlərdə nümayiş
etdirilməsi də nəzərdə tutulub.
"Xocalı
qətliamı. Bu, son oslun!" filmi Türkiyədə Mərmərə
Vakfı və Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası vasitəsilə keçiriləcək tədbirlərdə
də yayımlanacaq.
Azərbaycan
televiziya kanalları vasitəsilə nümayiş etdiriləcək
film internet vasitəsilə də beynəlxalq ictimaiyyətin nəzərinə
çatdırılacaqdır.
Valeh Cəfərov
Azərbaycan.-2009.-26 fevral.-S.11.