Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir xərclər proqramının (büdcəsinin) tərtibi icrası Qaydaları"na uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri

8 361 016,3 min manat, xərcləri 5 319 534,9 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-27 fevral.-S.2.