Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi idarə edilməsi haqqında Qaydalar"a, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir xərclər proqramının (büdcəsinin) tərtibi icrası Qaydaları"na Dövlət Neft Fondunun 2009-cu il büdcəsinə uyğun olaraq qərara alıram:

1. "2009-cu il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)" təsdiq edilsin.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin.

3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-27 fevral.-S.2.