Şəhidlər unudulmur

 

Dünən Bakıdakı "Azərbaycan" kinoteatrında "Qarabağ Azərbaycandır" filminin təqdimat mərasimi olmuşdur. Mərasimi Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov açdı. Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi. Sonra təqdim edilən film barədə qısa məlumat verdi. "Cinealliance" kinoşirkəti tərəfindən istehsal olunmuş adlı film-ithaf nümayiş etdirildi.

Film Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə Əliağa Məmmədovun rəhbərliyi altında, sənədli faktlara istinadən çəkilmişdir. Altay Səfərovun şeiri əsasında rejissor Elxan Səfərovun ərsəyə gətirdiyi bu film, erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Fərhad Ağakişiyevin xatirəsinə onun simasında Dağlıq Qarabağ döyüşlərində şücaət göstərmiş bütün vətən oğullarına ithaf edilmişdir.

...Kərkicahan döyüşündə Fərhad onun silahdaşları əsir düşərək ağlasığmaz işgəncələrə məruz qalırlar. Əslən qarabağlı olduğuna görə başqa əsirlərə nisbətən Fərhada daha çox işgəncə verilir. Ermənilər ona hər gün insanlığa sığmayan əzab-əziyyət verir, sonra isə şərt kəsirlər: "Qarabağ ermənilərindir" de, səndən əl çəkək!" Lakin son nəfəsinədək "Qarabağ Azərbaycanındır" - deyən Fərhad ağır işgəncələr altında dünyasını dəyişir, ancaq əqidəsindən dönmür.

Döyüş səhnələri, əsirlik, işgəncələr... digər sənədli görüntülər, eləcə şəhidlərin şahidlərin fikirləri filmdə real hadisələr fonunda öz əksini tapıb. Tamaşaçıda belə təəssürat yaranır ki, əslində, bu film qələbədən bəhs edir. Bu qələbə - ruhun mənfur erməni işğalçıları üzərindəki qələbəsidir. Necə ki Fərhad cismən qətlə yetirilsə , onun ruhu işğalçı qaniçən ermənilər üzərində qələbə çalır. Filmin əsas leytmotivi elə budur.

Tədbirin sonunda xalq şairi Zəlimxan Yaqub Qarabağ müharibəsi veteranı Bəxtiyar Nəcəfov çıxış edərək mənfur qonşularımızın Azərbaycan torpağında törətdikləri faciə terrorlardan söz açaraq erməni vandalizmini, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq üçün belə filmlərə ciddi ehtiyac olduğunu vurğuladılar, filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildirdilər.

 

 

Rəhman Salmanlı

 

Azərbaycan.-2009.-27 fevral.-S.3.