Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdur

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 17-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

ADPU-nun prorektoru, professor Rafiq Baxşəliyev qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti apararaq, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni cəlladlarının törətdikləri qanlı hadisələrdən bəhs edən natiq diqqətə çatdırmışdır ki, bu faciə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Şəhər kəndlərimiz, qəsəbələrimiz düşmən tərəfindən talan olunmuşdur.

Digər çıxış edənlər Xocalı qırğınının qan yaddaşımıza əbədi həkk olunduğunu, tökülən günahsız qanların yerdə qalmayacağını söyləmişlər.

Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2009.-27 fevral.-S.3.