Qaysaq bağlamayan yara

 

Yetmiş illik sovet dönəmində yaşayan yaşlı və orta nəslə məxsus insanlara sirr deyil ki, həmin illərdə Azərbaycanın tarixi dəfələrlə saxtalaşdırılmış, dinimiz yasaqlanmış, dilimiz rəsmən qadağan edilməsə də, heç vaxt dövlət dili səviyyəsində olmamış və bunlar azmış kimi düşmənlərimiz də hər zaman bizə "dost" kimi təqdim edilmişdir. Bu "dostluq", "qardaşlıq" anlayışları sovet təhsili almış hər bir kəsə elə təlqin edilmişdir ki, yaxın qonşularımızın əsl simasını görmüş yaşlı nəsil nümayəndələrinin danışdıqları əhvalatlar da bizə qəribə görünmüşdü. İndi xalqımızın yaşadığı faciələr məhz keçmiş dövrün məntiqi nəticəsidir. Yeri gəlmişkən gəlin düşünək: "dost " bildiklərimiz də bizləri dost olaraq qəbul etmişdilərmi? Elə həmin an birmənalı şəkildə demək olar. - Xeyr! Nəinki "dost", hətta "türk bizim düşmənimizdir " sözünü hələ kiçik yaşlarından bütün uşaqlarının beyninə yeridərək gələcək nəsillərin də şüurunu zəhərləmişlər. Rus " qardaşlarımız " isə hər zaman "böyük Pyotrun" vəsiyyətlərinə əməl edərək "Parçala, hökm et" siyasətinə uyğun hərəkət etmişlər.

Bütün bunların məntiqi davamı kimi, 1988-ci il hadisələri baş verdi. İlk əvvəl 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başladı. Fevralın 20-də isə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati ərazi bölgəsinə daxil edilməsi haqqında qərar qəbul etdi və bundan sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının " Türksüz Ermənistan " proqramını həyata keçirərək etnik təmizləmə əməliyyatına başladılar. İrəvanda və digər ərazilərdəki azərbaycanlılara məxsus bütün mədəni- dini abidələr, şəxsi evlər yandırıldı. Ermənistan adlanan, tarixən Azərbaycanın ata - baba yurdu olan torpaqlardan 250 mindən artıq insan zorla çıxarıldı. Bu yaxın illərin hadisələridir. Gəlin bir qədər keçmişə baş vuraq.

Hələ 1858 - 1859-cu illərdə böyük fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət etmiş və gördüklərini " Qafqaz səfəri " kitabında qələmə almışdır. Həmin kitabda yazıçı Qafqaz xalqlarını xarakterizə edərkən ermənilər haqqında belə söyləmişdir: " Ermənilər güman edirlər ki, guya Yer üzərində cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da öz başlanğıcını orada tapmışdır. Nuhun gəmisi də Ermənistanda ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya orada canlanmağa başlanmışdır" və s.

Elə buradan görünür ki, ermənilərin sərsəm fikirləri hələ XIX əsrdə Fransadan Qafqaza gəlmiş bir yazıçının da diqqətini cəlb etmişdir.

Tarixi faktlardan bizə məlumdur ki, tarixən Rusiyanın iştirakı ilə İrandan, Türkiyədən köçürülən ermənilər Azərbaycanda - Dağlıq Qarabağda, həmçinin qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yerləşdirilmişlər. Bunu ermənilər özləri də təsdiq etmişlər. Belə ki, 1828-ci ildə ilk dəfə İran Marağasından köçürülərək Tərtər şəhərinin 2 kilometrliyində Marağa adlı kənd salmış əcdadlarının şərəfinə 1978-ci ildə abidə ucaltmışlar. Lakin tarixi saxtalaşdırmaqda peşəkar olan, yerdə də, göydə də " erməni tarixi " axtaran ermənilər üzərinə " Marağa - 150 " yazılmış, onların bu torpaqlarda gəlmə, yad olduqlarını sübut edən həmin abidəni 1991-ci ildə elə özləri də dağıdaraq məhv etdilər.

Ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına köçürülməsi bizim bir millət kimi faciələrimizin bünövrəsini qoydu. 1828 - 1832, 1877 - 1878, 1905 - 1907, 1918 - 1920, 1948 - 1953 və nəhayət, 1988-ci illərdə Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlılar kütləvi şəkildə köçürülməyə və qovulmağa məruz qaldılar. Bu faciəli hadisələr həm də xüsusi bir amansızlıqla, vəhşiliklə, qəddarlıqla həyata keçirilirdi. Elə buradaca Xocalı faciəsinin şahidi olmuş bir əcnəbi jurnalistin yazdıqlarını misal gətirmək yerinə düşər : "Biz Xocalı faciəsinin şahidiyik... Bu tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlmirlər".(Jan İv Yunet, fransız jurnalisti). "Armenakan" (1885), "Hnçaq" (1887), "Daşnaksütyun" (1890) kimi erməni terror təşkilatları tərəfindən XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Türkiyədə və Azərbaycanda on minlərlə günahsız insan qətlə yetirilmişdir. Amerika erməni yazıçısı N.Sürməliyan yazmışdır:

"Türklərlə ermənilər arasındakı ziddiyyətlərin biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır".

"Daşnaksütyun"partiyasının işindən, qarşıya qoyduğu vəzifələrdən ətraflı danışmamaq mümkün deyil.

1890-cı ildə yaranmış bu partiya artıq 1908-ci ildə Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa dövlətlərində öz sıralarında 3093 qrupu təşkil edən 165 min üzvü birləşdirirdi. Ermənilərin həyatında böyük rol oynayan, mövcud olduğu gündən bəri daim onları bəlalara sürükləyən partiya birmənalı olaraq erməni vətəndaşlarının qarşısında vəzifələr qoyurdu.

Ermənilər ağlasığmayan böyük bir ərazini özününkü sayır. Guya bütün Şimali Qafqaz onlara aiddir. Hətta Moldovada, Polşada belə erməni torpaqları axtarırlar. Ermənilərin Türkiyə və Azərbaycan torpaqlarında törətmədikləri vəhşiliklər qalmayıb.

1828-ci ildən bu yana Türkiyənin Anadolu bölgəsində, bu bölgənin Ərzincan, İzmir vilayətlərində, Van, Trabzon, Ərzurum, Bitlis, Qars vilayətlərində və başqa yaşayış məntəqələrində, Azərbaycanın bütün bölgələrində erməni cəlladları dinc sakinləri ağlasığmaz vəhşiliklə, min bir əzabla qətlə yetirmiş, şəhər və kəndləri talan edərək dağıtmış, yandırmış, viranəyə çevirmişlər.

Ermənilər təkcə kütləvi qırğınlarla kifayətlənməmişlər. Belə ki, 1919-cu ildə "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayında "Nemezis" terror fəaliyyətə başlamaq haqqında göstəriş verdi. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis " siyahısına 650 nəfər Türkiyə və Azərbaycanın dövlət xadimlərinin, ziyalılarının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3 - 5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Terrorçular müxtəlif dövrlərdə Türkiyə və azərbaycanlı diplomatları qətlə yetiriblər. Bu siyahıya 1992-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən "vertolyot qəzasını" da əlavə etmək olar. Azərbaycanın vətənpərvər, seçmə oğulları - dövlət xadimləri, ziyalıları həmin qəzada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər.

Hamıya məlumdur ki, ermənilər sovet hökumətinin sonlarına yaxın, dövlətin zəifləməsindən, M.Qorbaçovun "yenidənqurma" siyasətinin fəsadlarından istifadə edərək 1988-ci il hadisələrini törətdilər. 1988-90-cı illərdə Azərbaycana rəhbərlik edən, başqalarının "çaldığına" oynayan dövlət xadimlərimizin laqeydliyi hadisələrin böyüməsinə və miqyasının genişlənməsinə gətirib çıxardı. Halbuki, 1988-ci ilin fevralında, hadisələrin başlanğıcında Xankəndidə bu hadisələrə çox asanlıqla son qoymaq olardı. Bu gün nə qədər təəssüflənsək də, bu tarixi gerçəklikdir.

1988-ci ildən 1994-cu ilə qədər isə bütövlükdə Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları, yəni torpaqlarımızın 20 faiz ərazisi də ermənilər tərəfindən işğal olundu. Körpəsindən tutmuş qocasınadək minlərlə insan erməni cəlladlarına əsir düşdü, min bir əzabla qətlə yetirildi, bir milyonadək soydaşımız evini, doğmalarının qəbirini qoyub qaçqın-köçkün düşdü.

Bütün bunlar barədə çox yazılıb, çox deyilib. Amma Xocalı qətliamı bir ayrı dərddir. Bu faciə bəşər tarixində fəhşiliyinə və amansızlığına görə analoqu olmayan hadisədir.

"Moskovski komsomolets" qəzetinin 29 yanvar 1994-cü il tarixli sayında bir rus jurnalisti erməni vəhşiliyini belə qələmə almışdır:

"...Əsirlər var, lakin artıq yaşamağa heyləri qalmayıb. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasında qoyub qırır, çığırdıqda rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olur.

Bir növbəti kəndi zəbt edəndə bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədəninin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın dəli olub gülməyə başladı"...

Budur erməni xisləti.

 

 

Solmaz Kazımova

 

Azərbaycan.-2009.-27 fevral.-S.4.