Daimi komissiyanın iclasında

 

Fevralın 26-da Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu daimi komissiyasının iclası keçirildi. İclası açan komissiyanın sədri Əli Hüseynov gündəliyə təqdim olunan "Həbs yerlərində saxlanılan şübhəli təqsirləndirilən şəxslərin hüquqlarının azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsini ətraflı şərh etdi.

Qeyd edildi ki, sənəd Azərbaycan Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şübhəli şəxs qismində tutulan ya haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin həbs yerlərində hüquq azadlıqlarının təmin edilməsi sahəsində münasibətləri tənzimləyir. Qanun layihəsində hərbi qulluqçuların hauptvaxtda saxlanması, saxlanma şəraiti rejimi, həbs yerlərinin daxili intizam qaydaları, şübhəli şəxslərin yazışma hüququ digər məsələlər öz əksini tapmışdır.

Bildirildi ki, sənədin parlamentdə ilk oxunuşda müzakirəsi zamanı söylənilən qeyd təkliflər nəzərə alınmış, qanun layihəsi xeyli təkmilləşdirilmişdir.

İclasın sonunda komissiya üzvləri mütəxəssislər sənədin ikinci oxunuşda Milli Məclisin müzakirəsinə verilməsini məqsədəuyğun hesab etdilər.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.-2009.-27 fevral.-S.5.