Azərbaycan Ukrayna xarici işlər nazirləri Kiyevdə görüşmüşlər

 

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Vladimir Oqrızko ilə görüşmüşdür.

Ukraynanın Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilir ki, görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, həmçinin regional məsələlər müzakirə olunmuşdur.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, mədəni humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışlar.

Görüşdə, həmçinin enerji təhlükəsizliyi nəqliyyat sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri GUAM Xarici İşlər Nazirləri Şurasının 9-cu iclasında iştirak etmək üçün Kiyevdə səfərdədir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 fevral.-S.5.