Azərbaycan Prezidenti İlham
Əliyev Rusiya Federasiyası Prezidenti Adminstrasiyasının rəhbəri
Sergey Narışkini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 27-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri
Sergey Narışkini qəbul
etmişdir.
Görüşdə ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı. M.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının açılmasının
humanitar sahədə əməkdaşlığın, ümumən iki ölkə arasındakı
münasibətlərin genişlənməsində
əhəmiyyəti vurğulandı.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri
Sergey Narışkinin rəhbərlik
etdiyi nümayəndə
heyətinin Azərbaycana
səfərinin qarşılıqlı
əlaqələrin genişlənməsinə
töhfə verdiyi bildirildi.
Görüşdə ikitərəfli
münasibətlərin bundan
sonra da genişlənəcəyinə əminlik ifadə olundu
AzərTAc
Azərbaycan.-2009.-28 fevral.-S.2.