Azərbaycan Prezidenti İlham Əliyev Fransanın "Total" sirkətinin şfiyyat hasilat üzrə prezidenti İv Lui Darrikarreri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də "Total" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti İv Lui Darrikarreri qəbul etmişdir.

Dövlətimizin başçısı Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti və Total Exploration and Production Abşeron B.İ.V.İ şirkəti arasında imzalanmış sazişin əhəmiyyətini vurğuladı. Ölkəmizin "Total"  şirkəti ilə əməkdaşlığına toxunan Prezident İlham Əliyev işbirliyinin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

İv Lui Darrikarrer imzalanmış sazişin önəmini vurğuladı. O, Azərbaycanla əməkdaşlığın uğurla həyata keçirilməsi üçün geniş imkanların olduğunu dedi və işbirliyinin daha da inkişaf edəcəyinə əminliyini söylədi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 fevral.-S.2.