Kanadanın General-Qubernatoru zati-aliləri xanım Mişel Jana
Hörmətli xanım General-Qubernator!
Milli bayramınız - Kanada Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada əlaqələrinin bütün səviyyələrdə genişlənməsi xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək, əməkdaşlığımızın inkişafı və dərinləşdirilməsi üçün yeni-yeni imkanlar açacaqdır.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.- S. 1.