Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə
və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr
tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Dövlət Neft
Fondunun illik gəlir və xərclər proqramının
(büdcəsinin) tərtibi və icrası Qaydaları"na
müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət
Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2008-ci il
büdcəsinin icrası ilə bağlı hesabat təqdim
edilmişdir. Həmin hesabata dair Dövlət Neft Fondunun
Müşahidə Şurasının rəyini və Dövlət
Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq
auditor təşkilatı tərəfindən
keçirilmiş auditinin nəticələrini nəzərə
alaraq qərara alıram:
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin
icrası gəlirlər 11 864 648,1 min manat, xərclər 4 291
751,4 min manat məbləğində olmaqla və ya Dövlət
Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə
tutulana müvafiq olaraq 17% artıq gəlirlə və büdcə
xərcləri üzrə 2 % kəsirlə
aşağıdakı kimi təsdiq edilsin:
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.- S. 2.