"Azərbaycan
Respublikası Mülki Məcəlləsinə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Banklar haqqında" Azərbaycan Respublikasının
Qanununa və "Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 821-IIIQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikası Mülki Məcəlləsinə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Banklar haqqında" Azərbaycan Respublikasının
Qanununa və "Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikası Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Banklar haqqında" Azərbaycan Respublikasının
Qanununa və "Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.- S. 2.