Qəmər Adaları İttifaqının
Prezidenti zati-aliləri cənab Əhməd Abdullah Məhəmməd Sambiyə
Hörmətli cənab
Prezident!
Qəmər Adaları
yaxınlığında A310 təyyarəsinin qəzaya
uğraması nəticəsində həmvətənlərinizin
həlak olması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına, bütün xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.- S. 1.