Yəmən Respublikasının Prezidenti zati-alilərı cənab Əli Abdullah Salehə
Hörmətli cənab
Prezident!
"Yemenia Air"
şirkətinə məxsus sərnişin təyyarəsinin
qəzaya uğraması və çoxsaylı insan tələfatı
xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə
ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.- S. 2.