Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə

 

Hörmətli cənab Prezident!

"Yəmən Hava Yolları" şirkətinə məxsus A310 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fransa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 2.