Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikası Mülki Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, (I kitab),
maddə 250, ¹ 5, maddə 323; 2002-ci il, ¹12, maddə 709;
2003-cü il, ¹ 8, maddə 420; 2004-cü il, ¹ 3, maddə 123, ¹
5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005-ci il, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə1085; 2006-cı il, ¹
2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə
478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 2, maddə
80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə
1053, ¹ 12, maddələr 1215, 1219; 2008-ci il, ¹ 3, maddə 145, ¹
6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009-cu il, ¹ 2,
maddə 47) aşağıdakı əlavələr edilsin:
1.1. 943-cü və
954.4-cü maddələrində "kredit təşkilatlarına"
sözlərindən sonra "və poçt rabitəsinin
milli operatoruna" sözləri əlavə edilsin;
1.2. 945.1-ci maddəsində
"banklar" sözündən sonra "və poçt
rabitəsinin milli operatoru" sözləri əlavə
edilsin;
1.3. 971.3-cü maddəsində
"kredit təşkilatları (bundan sonra - banklar)"
sözlərindən sonra "və poçt rabitəsinin
milli operatoru" sözləri əlavə edilsin.
II. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8 (I kitab), maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4 (I kitab), maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12 (I kitab), maddələr 676, 696, (II kitab), maddələr
713, 714; 2004-cü il, ¹ 1 maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹8, maddələr
699, 701, ¹ 10, maddələr 884, 885; ¹ 11, maddələr 956, 957,
¹12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53; Azərbaycan Respublikasının 28 aprel 2009-cu
il tarixli 804-IIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda
247-2-ci maddə əlavə edilsin:
"Maddə 247-2.
Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə
xidmətləri sahəsində qanunvericiliyin pozulması
Poçt rabitəsinin
milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə
dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilən ayrı-ayrı prudensial normativlərin
və tələblərin pozulmasına, yaxud prudensial
hesabatların vaxtında, tam və ya düzgün təqdim
olunmasına görə - vəzifəli şəxslər 400
manatdan 700 manatadək məbləğdə cərimə
edilir.".
III. "Banklar
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə
130; 2005-ci il, ¹ 4, maddə 276; 2007-ci il, ¹ 5, maddə 401, ¹ 6,
maddə 562, ¹ 11, maddə 1070; 2008-ci il, ¹11, maddə 960) 3.2-ci
maddəsində "banklar" sözündən sonra "və
poçt" rabitəsinin milli operatoru" sözləri əlavə
edilsin.
IV. "Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan
Respublikası Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik toplusu, 2004-cü il, ¹ 12, maddə 984; 2007-ci il, ¹ 6,
maddə 562, ¹ 10, maddə 938, ¹ 12, maddə 1196)
aşağıdakı dəyişiklik və əlavələr
edilsin:
4.1. 5.0.7-ci maddəsində
"Banklar haqqında" Azərbaycan Respublikası
Qanununa" sözləri "Banklar haqqında" və
"Poçt haqqında" Azərbaycan Respublikası
qanunlarına," sözləri ilə əvəz edilsin;
4.2. 46.1-ci maddəsində
"Banklar haqqında" sözlərindən sonra ",
"Poçt haqqında" sözləri əlavə
edilsin;
4.3. 47.1-ci maddəsində
"icazələrin" sözündən sonra ", maliyyə
xidmətlərinin göstərilməsi üçün
poçt rabitəsinin milli operatoruna xüsusi
razılığın (lisenziyanın)" sözləri əlavə
edilsin;
4.4. 48.1-ci və 48.2-ci
maddələrində ismin müvafiq hallırnda "kredit təşkilatları"
sözlərindən sonra ismin müvafiq hallarında "və
poçt rabitəsinin milli operatoru" sözləri əlavə
edilsin.
V. Bu qanun dərc edildiyi
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 may 2009-cu il
Azərbaycan.- 2009.- 1 iyul.-
S. 2.