Azərbaycan Prezidenti İlham Əliyev bölgədə ən çox etibar qazanmış liderdir

 

Türkiyənin "Vətən" qəzetinin yazdığı məlumatda deyilir ki, "World Public Opinion" beynəlxalq təşkilatı Yaxın Şərq və Asiya ölkələrində ən çox etibar qazanmış dünya liderlərinin adlarını açıqlamışdır.

Sorğunun nəticələrinə görə, Türkiyədə ən çox etibar qazanmış siyasi xadim Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğandır. Rəyi soruşulanların 47 faizi Azərbaycan dövlətinin başçısına etimadlarını bildirmişlər.

Sonrakı yerləri 28 faizlə Fələstin lideri Mahmud Abbas, 22 faizlə Suriya Prezidenti Bəşər Əssad, 14 faizlə Misir Prezidenti Məhəmməd Hüsni Mübarək, 12 faizlə İordaniya kralı Abdullah tuturlar.

Dünya liderləri arasında isə ən populyar olanı 45 faizlə ABŞ Prezidenti Barak Obamadır.

Maraqlısı odur ki, onu 33 faiz səslə İran Prezidenti Mahmud Əhmədinejad və 15 faizlə Rusiyanın Baş naziri Vladimir Putin izləyir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 3.