Xarici İşlər Nazirliyində görüş
ABŞ-ın Azərbaycandakı
səfiri Ann Ders ölkəmizdə diplomatik fəaliyyət
müddətinin başa çatması ilə əlaqədar
iyunun 30-da xarici işlər naziri Elmar Məmmədyarovla
görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər
ki, görüşdə səfir Ann Ders Azərbaycanda işlədiyi
dövrdə ölkələrimiz arasında münasibətlərin
daha da genişlənməsi və inkişafı istiqamətində
fəaliyyət göstərdiyini və ötən müddət
ərzində XİN-lə faydalı əməkdaşlıq
etdiyini bildirmişdir.
Azərbaycandan xoş
xatirələr və təəssüratlarla
ayrıldığını vurğulayan səfir fəaliyyəti
zamanı göstərilən dəstək və diqqətə
görə minnətdarlıq etmişdir.
Nazir E.Məmmədyarov səfir
Ann Dersə ən xoş arzularını bildirmiş və gələcək
işlərində müvəffəqiyyətlər
arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.