Mərkəzi Seçki Komissiyasının
iclası keçirilmişdir
İyunun 30-da Məzahir
Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə
komissiyanın 2009-cu il martın 25-də və 30-da
keçirilmiş iclaslarının protokolları təsdiq
edilmişdir.
Sonra 6 saylı Culfa-Babək,
35 saylı Xətai üçüncü, 93 saylı Bərdə
şəhər seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər
edilməsi haqqında qərar qəbul edilmişdir.
İclasda cari məsələlər
də müzakirə olunmuşdur.
Mərkəzi Seçki
Komissiyasının iclasında beynəlxalq təşkilatların
və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.