“Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun
mühafizəsi və maddi-texniki təminatı
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın
maddi mədəniyyət abidələri
sırasında XVII-XVIII əsrlərə aid
atəşpərəst məbədinin qalıqları üzərində
inşa olunmuş və
hazırda YUNESKO-nun Dünya
İrsinin İlkin
siyahısına daxil edilmiş
“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri
vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə
yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət
kəsb edir.
“Atəşgah
məbədi” Dövlət tarix-memarlıq qoruğunun
mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının
yaxşılaşdırılması məqsədi ilə qərara
alıram:
1. Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah
məbədi” Dövlət tarix-memarlıq qoruğunun
konservasiya və bərpası üzrə
layihə-smeta sənədlərinin hazırlanması, ərazidə
arxeoloji tədqiqat işlərinin
aparılması və “Atəşgah” tarixi
muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə
1,0 (bir) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə
tutulan vəsaitin maliyyələşdirilməsini
müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri , 1 iyul 2009-cu il.
¹
365
Azərbaycan. - 2009.- 2 iyul.- S. 1.