Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 106; 2001-ci il, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 4; 2004-cü il, ¹ 8, maddə 606, ¹ 9, maddə 666; 2007-ci il, ¹ 3, maddə 206, ¹ 6, maddələr 560, 598, ¹ 11, maddə 1078; 2008-ci il, ¹ 11, maddə 960) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 5-ci maddənin üçüncü və dördüncü abzaslarında "komissiyalarının" sözlərindən əvvəl "komitə və" sözləri əlavə edilsin.

2. 8-ci maddənin 2-ci hissəsində "Milli Məclisi komissiyaları" sözləri "Milli Məclisinin komitə və komissiyaları" sözləri ilə əvəz edilsin.

3. 9-cu maddənin 3-cü hissəsində "komissiyalarında" və "komissiyalarının" sözlərindən əvvəl "komitə və" sözləri əlavə edilsin.

4. 16-cı maddənin 2-ci hissəsinin birinci cümləsində "Milli Məclisi" sözləri "Milli Məclisinin komitə və" sözləri ilə əvəz edilsin, ikinci cümləsində isə "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilsin.

5. 17-ci maddədə "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilsin.

6. 21-ci maddənin dördüncü hissəsində hər iki halda və beşinci hissəsində "komissiya" sözündən əvvəl "komitə və" sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 107; 1999-cu il, ¹ 5, maddə 284; 2000-ci il, ¹ 6, maddə 380, ¹ 12, maddələr 832, 834; 2003-cü il, ¹ 2, maddə 77; 2004-cü il, ¹ 5, maddə 314; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 8, maddə 755, ¹ 11, maddələr 1049, 1081) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qanunun mətnində ismin müvafiq hallarında "daimi komissiya" sözləri "komitə" sözü ilə, "daimi komissiyası" sözləri "komitəsi" sözü ilə, "daimi komissiyalar" sözləri "komitələr" sözü ilə əvəz edilsin.

2. 5-ci maddənin 2-ci, 4-cü və 5-ci hissələrində "komissiyalarının", "komissiyaların", "komissiya" və "komissiyasının" sözlərindən əvvəl "komitə və" sözləri əlavə edilsin.

3. 14-cü maddənin 2-ci hissəsinin ikinci cümləsində "komissiya" sözü "komitə" sözü ilə əvəz edilsin.

4. 17-ci maddənin 3-cü hissəsində "komissiyanın" sözü "komitənin" sözü, 10-cu hissəsinin üçüncü və dördüncü cümlələrində müvafiq olaraq "komissiyalara" sözü "komitələrə" sözü, "komissiya" sözü "komitə" sözü ilə əvəz edilsin.

5. 21-ci maddənin 2-ci hissəsinin ikinci cümləsində "komissiya" sözündən əvvəl və 4-cü hissəsinin ikinci cümləsində "komissiyasının" sözündən əvvəl "komitə və ya" sözləri əlavə edilsin.

6. 36-cı maddənin 2-ci hissəsində "komissiya" sözü "komitə" sözü ilə əvəz edilsin.

7. 37-ci maddənin 3-cü hissəsində "komissiya" sözü "komitə" sözü, 6-cı hissəsinin birinci cümləsində "komissiyanın" sözü "komitənin" sözü ilə əvəz edilsin.

8. 38-ci maddənin 2-ci hissəsindən "başqa" sözü çıxarılsın.

9. 45-ci maddənin 1-4-cü və 7-ci bəndlərində "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilsin.

10. 47-ci maddənin 1-ci hissəsinin birinci cümləsində "və ya onun" sözləri ", yaxud onun komitə və ya" sözləri ilə əvəz edilsin, 2-ci hissəsinin birinci cümləsində "və ya" sözlərindən əvvəl ", yaxud komitə" sözləri əlavə edilsin.

11. 48-ci maddənin ikinci hissəsində "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilsin.

III. "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 565; 2000-ci il, ¹ 12, maddə 833; 2005-ci il, ¹10, maddə 876; 2007-ci il, ¹ 5, maddə 437) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adında və mətnində ismin müvafiq hallarında "daimi komissiyalar" sözləri ismin müvafiq hallarında "komitələr" sözü ilə, Qanunun mətnində ismin müvafiq hallarında "daimi komissiya" və "komissiya" sözləri ismin müvafiq hallarında "komitə" sözü ilə, ismin müvafiq hallarında "daimi komissiyası" sözləri ismin müvafiq hallarında "komitəsi" sözü ilə əvəz edilsin.

2. 7-ci maddənin 1-ci hissəsindən, 8-ci maddənin adından və 2-ci hissəsinin birinci abzasından və üçüncü hissəsindən, 9-cu, 11-ci, 15-ci və 16-cı maddələrin adlarından, 1-ci hissələrindən və 2-ci hissələrinin birinci abzaslarından "məsələləri" sözü çıxarılsın.

IV. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 480; 2001-ci il, ¹ 11, maddə 676, ¹ 12, maddə 744; 2004-cü il, ¹ 4, maddə 202, ¹ 9, maddə 667; 2005-ci il, ¹ 2, maddə 62; 2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹ 5, maddə 339) 1-ci maddəsinin 3-cü hissəsində, 2-ci maddəsinin yeddinci abzasında, 6-cı maddəsinin 2-ci hissəsində, 11-ci maddəsinin üçüncü hissəsində, 13-1-ci maddəsinin dördüncü hissəsində, 14-cü maddəsinin ikinci hissəsində və 16-cı maddəsinin birinci hissəsində ismin müvafiq hallarında "daimi komissiya" sözləri ismin müvafiq hallarında "komitə" sözü ilə, "daimi komissiyalar" sözləri "komitələr" sözü ilə əvəz edilsin.

V. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 9; 2005-ci il, ¹ 4, maddə 292, ¹ 10, maddə 874; 2006-cı il, ¹11, maddə 928, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 12, maddə 1214; 2008-ci il, ¹ 8, maddə 699) 35-ci maddəsinin 1-ci hissəsində "daimi komissiyaların" sözləri "komitələrin" sözü ilə əvəz edilsin.

VI. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi"ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 117; 2006-cı il, ¹ 2, maddə 67; 2007-ci il, ¹ 11, maddə 1081; 2008-ci il, ¹ 8, maddə 699) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci, 5.3-cü maddələrdə, 6.3-cü maddənin ikinci cümləsində, 7.7-ci, 12.1.6-cı maddələrdə, 17.3-cü maddənin ikinci cümləsində, 18-ci maddənin adında və mətnində və 24.8-ci maddədə ismin müvafiq hallarında "daimi komissiya" sözləri ismin müvafiq hallarında "komitə" sözü ilə, "daimi komissiyalar" sözləri "komitələr" sözü ilə əvəz edilsin.

2. 17.2-ci maddənin üçüncü cümləsində "komissiyalarında" sözü "komitələrində" sözü ilə əvəz edilsin.

VII. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 10, maddə 584; 2003-cü il, ¹ 6, maddə 267; 2004-cü il, ¹ 12, maddə 979; 2005-ci il, ¹ 5, maddə 393, ¹ 12, maddə 1083; 2006-cı il, ¹ 2, maddə 67, ¹ 3, maddə 225, ¹ 12, maddə 1012; 2007-ci il, ¹ 12, maddə 1202) 23.4-cü maddəsində "komissiyalarında" sözü "komitələrində" sözü ilə əvəz edilsin.

VIII. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007-ci il, ¹ 12, maddə 1194; 2008-ci il, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710) 20.3-cü maddəsində "Milli Məclisinin Sədri, Sədrin birinci müavini, Sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini" sözləri "Milli Məclisinin Sədri, Sədrin birinci müavini, Sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini" sözləri ilə, "Milli Məclisinin Sədrinin, Sədrin birinci müavininin, Sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin" sözləri "Milli Məclisinin Sədrinin, Sədrin birinci müavininin, Sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin" sözləri ilə əvəz edilsin.

IX. Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 123-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə"nin 2.2-ci, 2.3-cü və 2.5-ci maddələrində ismin müvafiq hallarında "daimi komissiyası" sözləri "komitəsi" sözü ilə əvəz edilsin.

X. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 2.