İyulun 1-də Azərbaycan
Gənclər və İdman Nazirliyi ilə Özbəkistan gənclərinin
"Kamolot" ictimai hərəkatı arasında 2009-2010-cu
illərdə gənclər sahəsində əməkdaşlığa
dair fəaliyyət planı təsdiq olunmuşdur. Sənəd
Azərbaycan və Özbəkistan hökumətləri
arasında 1997-ci ildə idman və gənclərlə iş
sahəsində əməkdaşlıq haqqında
imzalanmış saziş çərçivəsində təsdiq
edilmişdir.
Fəaliyyət
planını Azərbaycan gənclər və idman naziri Azad Rəhimov
və "Kamolot" ictimai hərəkatının Mərkəzi
Şurasının sədri Akrom Alimov təsdiq etmişlər.
Nazir demişdir ki, fəaliyyət
planı yaxın illərdə Azərbaycanla Özbəkistan
arasında gənclər siyasəti sahəsində nəzərdə
tutulan tədbirləri qısa zamanda həyata keçirməyə
şərait yaradacaqdır.
A.Rəhimov ölkələrimiz
arasında gənclərlə iş sahəsində gələcəkdə
də uğurlu əməkdaşlığın
qurulacağına əmin olduğunu söyləmişdir.
Nazir demişdir ki, ötən illər ərzində Azərbaycan
gənclərinin Özbəkistanda, Özbəkistan gənclərinin
isə ölkəmizdə günləri təşkil
edilmişdir.
Ümumiyyətlə,
Özbəkistannın gənclərlə iş sahəsində
qazandığı təcrübədən faydalanmaq
maraqlı olar.
Akrom Alimov isə Azərbaycanla
gənclər siyasəti sahəsində sıx əlaqələrin
qurulmasından məmnun olduğunu söyləmişdir.
Daha sonra "Kamolot"
ictimai hərəkatının fəaliyyəti, habelə Azərbaycanda
gənclər siyasəti sahəsində görülən
işlər haqqında video kliplər nümayiş olundu.
AzərTAc
Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.