İlk özəl ali təhsil ocağının növbəti buraxılışı olmuşdur

 

Ölkəmizdə yaranan ilk özəl ali təhsil ocaqlarından biri olan Azərbaycan Universitetində növbəti buraxılış olmuşdur.

Bu münasibətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məzunlara diplomların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbirdə vurğulanmışdır ki, indi bu təhsil ocağının məzunlarının xoş sorağı dünyanın müxtəlif guşələrindən gəlir. Bu da universitetdə tədrisin beynəlxalq standartlar səviyyəsində qurulmasından xəbər verir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev bu ali təhsil ocağını bitirən 328 məzunu təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Akademik Teymur Bünyadov, Milli Məclisin deputatı Məlahət Həsənova və başqaları məzunlara xoş arzularını bildirərək, onları müstəqil ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak etməyə çağırmışlar.

Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.