Astanada MDB Dövlət İnformasiya Agentlikləri
Rəhbərləri Şurasının
9-cu iclası keçirilmişdir
İyunun 29-30-da Astanada
MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının 9-cu iclası keçirilmişdir.
Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc) xarici dillərdə informasiya
redaksiyasının baş redaktoru Nazim Xıdırovun da
qatıldığı iclasda Qazaxıstan,
Qırğızıstan, Belarus, Türkmənistan və
Tacikistanın dövlət informasiya agentliklərinin rəhbərləri
və ya nümayəndələri iştirak etmişlər.
İclası
Qazaxıstanın Kazinform Milli Şirkətinin prezidenti Dauren
Diyarov açmış, ölkədə dövlət
KİV-ləri sistemində dəyişikliklər haqqında məlumat
vermiş, "Ama-Media" adlı Milli İnformasiya Holdinqinin
yaradılması haqqında danışmışdır.
Tədbirdə MDB
Dövlət İnformasiya Agentlikləri Rəhbərləri
Şurası sədrinin birinci müavini Mixail Kalmıkov bundan
əvvəlki iclasda qəbul edilmiş qərarların yerinə
yetirilməsindən söhbət açmış, maliyyə
böhranının KİV-lərə, əsasən də
çap nəşrlərinə təsiri haqqında
danışmışdır.
İclasda MDB-nin
informasiya agentlikləri arasında əlaqələrin dərinləşdirilməsi,
Milli İnformasiya Agentlikləri Assosiasiyasının
internet-portalının yaradılması və digər məsələlər
də müzakirə edilmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.- 2009.- 2 iyul.- S.5.