"Azəri-Çıraq-Günəşli" layihəsinin "ilkin"i

 

Xəzərdə yeni yataqlar kəşf olunur, yeni platformalar qurulur. Yeni qurğular daha müasir, əvvəlkindən nəhəngdir. Amma bunların sırasında "Çıraq" heç zaman köhnəlmir.

"Çıraq" plaftorması "Əsrin müqaviləsi"nin ilkinidir. İlk nefti 1997-ci ilin noyabr ayında verib. Həmin vaxtdan fasiləsiz fəaliyyət göstərir.

Bu gün "Çıraq"da 19 quyu istismar olunur. Onların çoxu neft hasilatı, qalanları suvurma quyularıdır. bp Azərbaycan şirkətinin məlumatına görə, indi "Çıraq" gündə təxminən 115 min barel neft verir.

Bu ilin birinci rübü ərzində platformadan hər gün orta hesabla 114 min barel neft alınıb. İllik planda isə gündəlik hasilat 97,4 min barel nəzərdə tutulub.

"Çıraq"ın ehtiyatları hələ çoxdur. Ona görə platformadakı qazma qurğusu həmişə saz vəziyyətdə saxlanılır. Bu şərt indi önəm daşıyır. Elə bunun da sayəsində daha bir quyuya müdaxilə kampaniyasını həyata keçirmək kollektordan şimalda daha bir təkqat yanaqazma neft quyusunun qazılması nəzərdə tutulub. Bundan sonra quyuya müdaxilə ilə əlaqədar digər bir kampaniya da davam etdiriləcək. "Çıraq" yatağı ilə bağlı builki planlara platformadakı qalan iki axırıncı quyu ağzının istismara verilməsi daxildir.

Görülən işlər nəzərdə tutulan tədbirlər göstərir ki, "Çıraq" Xəzərdəki yeni platformalardan geridə qalmaq istəmir.

 

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 6.