Azərbaycan Prezidenti İlham
Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü
Rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti
İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək
görüşü olmuşdur.
Görüşdə
ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni
və humanitar sahələrdə inkişafından məmnunluq
ifadə edildi, əlaqələrimizin Avropa İttifaqı
çərçivəsində əməkdaşlıq
baxımından əhəmiyyəti vurğulandı.
Polşa Prezidentinin Azərbaycana
rəsmi səfərinin əlaqələrimizin daha da
genişlənməsində yeni bir mərhələ olduğu
qeyd edildi.
Görüşdə
ikitərəfli münasibətlər, regional və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 1.