Azərbaycan Polşa prezidentlərinin geniş tərkibdə görüşü

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Bu gün biz bir çox məsələləri, o cümlədən ikitərəfli münasibətlərə, regional inkişafa beynəlxalq problemlərə dair məsələləri geniş şəkildə müzakirə etdik. Münasibətlərimiz möhkəmdir bir çox sahələri əhatə edir. Biz müxtəlif tədbirlərdə prezidentlər səviyyəsində dəfələrlə görüşmüşük.

Sizin bu gün və sabah Azərbaycana rəsmi səfəriniz indiyədək əldə olunmuş nailiyyətləri bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Bu gün ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək mühüm sənədlər imzalanacaqdır.

Əminən ki, həmin sənədlərin həyata keçirilməsi ölkələrimiz arasında gələcək əməkdaşlığı daha da genişləndirəcəkdir. Əlaqələrimiz bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, humanitar və enerji sahələrini qeyd etmək olar. Hər bir istiqamətdə bizim güclü qarşılıqlı anlaşmamız vardır.

Sizi bir daha salamlayır, səfəriniz zamanı Sizə uğurlar arzulayıram.

Polşa Prezidenti Lex KAÇİNSKİ səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Çox sağ olun, cənab Prezident.

Siz düzgün qeyd etdiniz ki, biz dəfələrlə görüşmüşük və münasibətlərimiz müxtəlif sahələri əhatə edir. Ölkələrimiz arasında mövcud tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir və bu tərəfdaşlığın gələcəkdə yaxşı inkişaf perspektivləri vardır.

Əvvəlcə mən enerji sahəsindəki əməkdaşlığımızı qeyd etmək istəyirəm. Çünki bunun xüsusi əhəmiyyəti vardır. Siyasi səviyyədə əlaqələrimiz yüksəkdir. Bu gün bir sıra sənədlər imzalanacaqdır. Onlardan biri enerji sahəsində əməkdaşlığa aiddir. Həmin sənəd mövcud əməkdaşlığımıza əlavə dəstək verəcəkdir. Digər sənəd isə siyasi əməkdaşlığımıza, Prezidentlərin Məşvərət Komitəsinin Nizamnaməsinə aiddir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 1, 2.