Azərbaycan-Polşa sənədlərinin
imzalanması
İyulun 2-də
geniş tərkibdə danışıqlar başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Polşa Prezidenti Lex Kaçinskinin iştirakı ilə
Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi
olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski
"Azərbaycan Respublikası və Polşa Respublikası
Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi"ni
imzaladılar.
"Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti ilə
Polşanın "Grupa Lotos" Səhmdar Cəmiyyəti
arasında niyyət haqqında Protokol"u ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev və "Grupa Lotos" Səhmdar
Cəmiyyəti idarə heyətinin sədri Pavel Olexnoviç
imzaladılar.
"Azərbaycan
Respublikası Təhlükəsizlik Şurası və
Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu
arasında 2009-2010-cu illər üçün əməkdaşlıq
cədvəli"ni Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyev və Polşa
Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri,
dövlət katibi Aleksandr Şçıqlo imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 2.