Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç!
Azərbaycan xalqı
adından və şəxsən öz adımdan Sizi və dost
Belarus xalqını milli bayram - Müstəqillik günü
münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan
ilə Belarus arasında ənənəvi dostluq münasibətləri
və konstruktiv əməkdaşlıq xalqlarımızın
və dövlətlərimizin rifahı naminə bundan sonra da
hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Aleksandr
Qriqoryeviç, Sizə cansağlığı və dövləti
fəaliyyətinizdə uğurlar, bütün Belarus
xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 3 iyul.- S. 3.