İyulun 2-də
Polşa Respublikasının Prezidenti Lex Kaçinski Azərbaycan
Respublikasına ikigünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və
Polşanın dövlət bayraqları ilə bəzədilmiş
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali
qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Polşa dövlətinin
başçısını və xanımını hava
limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub
Eyyubov və digər rəsmi şəxslər
qarşıladılar.
Milli geyimli uşaqlar
Polşa Prezidentinə və xanımına gül dəstəsi
təqdim etdilər.
Prezident Lex Kaçinski
və Baş nazirin birinci müavini Yaqub Eyyubov hava
limanının ali qonaqlar üçün salonunda qısa
protokol söhbəti keçirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 3.