Səudiyyə Ərəbistanı
Krallığının maliyyə naziri, Səudiyyə
İnkişaf Fondu Direktorlar Şurasının sədri
İbrahim əl-Assafın imzası ilə Nazirlər Kabinetinə
məktub daxil olmuşdur.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən bildirmişlər ki, Səudiyyə
İnkişaf Fondunun Direktorlar Şurası "Bakıətrafı
qəsəbə və kəndlərin su təchizatı,
kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması
layihəsi"nin maliyyələşdirilməsi
üçün 93 milyon 750 min Səudiyyə riyalı (25
milyon ABŞ dolları) məbləğində kredit
ayrılması barədə qərar qəbul etmişdir.
Kredit 5 ili güzəştli
olmaqla 20 il müddətinə, illik 2 faiz dərəcəsi ilə
ayrılacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.