Azərbaycan təhlükəsizlik və inkişaf baxımından Cənubi Qafqazda mühüm rol oynayır
Təhlükəsizlik və
dayanıqlı inkişaf bütün Avropa ölkələrinin
maraq dairəsindədir.
Azərbaycan təhlükəsizlik
və inkişaf baxımından Cənubi Qafqazda mühüm
rol oynayır. Biz bu və digər sahələrdə Azərbaycanla
əməkdaşlığa xüsusi önəm veririk.
Bu sözləri Azərbaycanda
səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri,
Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni
iyulun 2-də Azərbaycanın Xarici İşlər Nazirliyində
keçirdiyi mətbuat konfransında demişdir.
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı
ilə ikitərəfli əməkdaşlıq, təhlükəsizlik,
enerji layihələrinin gerçəkləşdirilməsi və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı konstruktiv
danışıqlar apardığını bildirmişdir. Nazir
demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində
Afinaya səfərindən sonra münasibətlərimiz yeni
müstəvidə inkişaf etməyə
başlamışdır.
E.Məmmədyarov onu da
bildirmişdir ki, Azərbaycan təbii qazının
Yunanıstana satışının həcminin
artırılması istiqamətində danışıqlar
davam edir.
Xanım Dora Bakoyanni bu
günlərdə Yunanıstanda Avropada təhlükəsizlik
məsələlərinin müzakirə olunduğunu, cari ilin
sonunda Afinada bu məsələyə daha geniş formatda
baxılacağını bildirmişdir. Yunanıstanlı
nazir Azərbaycanın təhlükəsizlik, enerji layihələrinin
reallaşdırılmasında və digər məsələlərdə
rolunu xüsusi qeyd etmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin Yunanıstana səfərindən sonra
ölkələrimiz arasında əlaqələrin daha da
genişləndiyini, əməkdaşlığımızın
bütün sahələri əhatə etməsi
üçün geniş imkanlar yarandığını
bildirmişdir.
Sonda nazirlər jurnalistləri
maraqlandıran sualları cavablandırmışlar.
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.