Azərbaycanda səfərdə
olan ATƏT-in fəaliyyətdə olan sədri,
Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanni
iyulun 2-də xarici işlər naziri Elmar Məmmədyarov ilə
görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
görüşdə Azərbaycan ilə Yunanıstan
arasında ikitərəfli əməkdaşlıq, təhlükəsizlik,
enerji layihələrinin gerçəkləşdirilməsi və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı konstruktiv
müzakirələr aparılmışdır.
Söhbətdə Azərbaycan
təbii qazının Yunanıstana satışının həcminin
artırılması, Avropada təhlükəsizlik və digər
məsələlər də müzakirə olunmuş,
qarşılıqlı maraq doğuran problemlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.