Parisdə Tahir Salahova Fransanın mükafatı təqdim edilmişdir
İyulun 1-də Fransa İncəsənət Akademiyasının katibi Arno d'Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə akademiyada görkəmli fırça ustası Tahir Salahova Fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən "İncəsənət və ədəbiyyat" ordeninin "Zabit" dərəcəsinin təqdim edilməsi münasibətilə mərasim keçirilmişdir.
Toplantını açan
Tahir Salahovla tanışlıqdan sonra onunla birlikdə SSRİ-nin bir çox yerlərinə yaradıcılıq səfərləri etdiyini xatırladan A.d'Oteriv dəfələrlə Azərbaycanda olduğunu, bənzərsiz təbiəti və gözəl mənzərələri olan ölkəmizə qəlbən vurulduğunu, T. Salahovun Şərq və Qərb mədəniyyətinin interpretasiyasına mühüm töhfə verdiyini bildirmişdir.
Azərbaycan və SSRİ-nin xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov onun əməyinə verilən yüksək mükafata görə Fransanın mədəniyyət və kommunikasiya nazirinə təşəkkürünü bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin onun 80 illik yubileyinin keçirilməsi barədə verdiyi Sərəncamın, ölkəmizin ən yüksək mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülməsinin, habelə Almaniyada müalicə olunarkən respublikamızın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tezliklə sağalması arzuları ifadə olunmuş məktubunun onun üçün çox qiymətli olduğunu diqqətə çəkmiş, A.d'Oteriv ilə tanışlığının ilk günlərini və bu tanışlığın dostluğa çevrilməsini, dünyanın mədəniyyət və incəsənət beşiyi hesab edilən, ədiblər və rəssamlar vətəni Fransaya dəfələrlə səfər etdiyini, hər səfərinin onda xüsusi təəssürat yaratdığını xatırlatmış və yüksək mükafatın daim qəlbini qızdıracağını bildirmişdir.
Azərbaycanın Fransadkı səfiri Tarik Əliyev mərasimdə iştirak etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2009.- 3 iyul.-
S. 6.