Azərbaycan enerji daşıyıcılarının nəqlində çoxşaxəliliyin tərəfdarıdır

 

XİN-in mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş və dövlətlərimizin başçıları arasındakı münasibətlərin bu əlaqələrin daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd etmişdir. A.Vidyanu enerji sahəsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.

Azərbaycan-Rumıniya əlaqələrini yüksək qiymətləndirən nazir E.Məmmədyarov əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini bildirmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün mövcud imkanları barədə məlumat verən E.Məmmədyarov ölkəmizin enerji daşıyıcılarının nəqlində çoxşaxəliliyin tərəfdarı olduğunu diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında birgə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 6.