Azərbaycan Prezidenti İlham
Əliyev Azərbaycan
və Ermənistanın
bir qrup ziyalısını qəbul
etmişdir
Azərbaycan və Ermənistanın
Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü
ilə Azərbaycan və Ermənistanın bir qrup
ziyalısı ATƏT-in xətti ilə iyulun 3-də Xankəndidə,
Şuşada olmuş, oradan Ermənistana gedərək
Prezident Serj Sarkisyan ilə görüşmüşlər.
Həmin gün qrupun
üzvləri İrəvandan Bakıya gəlmiş və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda
olmuşlar.
Qrupa Ermənistanın
Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli
səfiri Armen Smbatyan, "Arovot" qəzetinin baş
redaktoru Aram Abramyan, "Mediamaks" informasiya agentliyinin
direktoru Ara Tadevosyan, "Novoye Vremya" qəzetinin jurnalisti
Armen Xanbabyan, Ermənistan Milli Məclisinin deputatları Ermine
Naqdalyan, Mxitar Mnasakanyan, futbolçu Eduard Markarov, S.Paradcanov
muzeyinin direktoru Zaven Sarqsyan, İctimai Təşkilatın
direktoru Şuşan Katlamadcan, Dağlıq Qarabağdan tibb
işçisi Lyudmila Qriqaryan, Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın
Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli
səfiri Polad Bülbüloğlu, Azərbaycan Milli Məclisinin
deputatları Asim Mollazadə, Rövşən Rzayev, Milli
Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa
İcra Hakimiyyəti mədəniyyət şöbəsinin
müdiri Zahid Abbasov, "Qarabağ" qəzetinin baş
redaktoru Çingiz İsmayılov daxil idilər.
Görüşdə
dövlətimizin başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı Azərbaycanın
mövqeyini bildirərək vurğulamışdır ki,
münaqişə yalnız və yalnız Azərbaycanın ərazi
bütövlüyü və sərhədlərinin
toxunulmazlığı çərçivəsində, həmçinin
Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə
həll edilə bilər.
AzərTAc
Azərbaycan.- 2009.- 4 iyul.- S. 2.