Polşa
Respublikasının Prezidenti Lex Kaçinski iyulun 3-də
Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezident Lex Kaçinski
Azərbaycanın azadlığı və suverenliyi uğrunda
şəhid olmuş qəhrəman Vətən
övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl"
abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin
əlahiddə nümunəvi orkestrinin ifasında
Polşanın və Azərbaycanın dövlət himnləri
səsləndi.
Ali qonağa Şəhidlər
xiyabanının tarixi və paytaxtımızda görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Lex Kaçinski
Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.